Kürdəmir rayonunda Gənclər Günü qeyd edilib
02 fevral 2021-ci il tarixində 02 fevral Gənclər Gününün qeyd olunması münasibəti ilə tədbir kecirilmişdir.
Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının müavini Vəsilə Əsgərli, rayonun idarə və təşkilatlarının, ümumtəhsil məktəblərinin fəal gəncləri iştirak etmişdirlər. Tədbirdən öncə rayonun bir qrup gənci Ümummilli Liderimiz Heydər Əliyevin abidəsini və Şəhidlər xiyabanını ziyarət etmişdirlər.
Gənclər Gününün qeyd olunması münasibəti il “Azərbaycan gəncləri Azərbarcanın Azərbaycanın gələcəyidir.” mövzusunda onlayn videokonfrans keçirilmişdir.
Tədbirdə cıxışlardan öncə Ulu Öndər Heydər Əliyevin xatirəsi ,eləcə də dövlətimizin müstəqilliyi , torpaqlarımızın azadlığı uğrunda canından keşmiş, şəhid olmuş gənclərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan Kürdəmir rayon Gənclər və İdman idarəsinin rəis müavini Qalib Baxşiyev toplantı iştirakçılarını salamladı və “ Gənclər Günü” münasibəti ilə bütün gəncləri təbrik etdi. O, təməli Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün də Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən Dövlət gənclər siyasəti çərçivəsində rayonda görülmüş işlər haqqında məruzə etdi.
Çıxışda xüsusilə vurğulandı ki, bu gün Ulu Öndərin siyasi kursunun davamçısı,gənclərin liderı ,onları daima irəli səsləyən İlham Əliyev kimi prezidentimiz var və biz gənclər də onun davamçılarıyıq.Məhz Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Dövlət Gənclər Siyasətinin uğurlu nəticələrini, cənab Prezident tərəfindən respublika gənclərinin inkişafı istiqamətində imzalanmış Sərəncamların, qəbul edilmiş Dövlət Proqramlarının rayonumuzda da uğurla icra olunduğunu, Sərəncamlardan irəli gələn məsələlərin həlli istiqamətində həyata keçirilən tədbirlərin davam etdirildiyini diqqətə çatdırdı, Vətən müharibəsində gənclərimizin göstərdikləri fədakarlıqların əsl vətənpərvərlik nümunəsi olduğunu bildirdi.
Tədbirdə çıxış edən Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının müavini Vəsilə Əsgərli rayon gənclərini salamlayaraq onları Gənclər Günü münasibəti ilə təbrik etdi və ölkəmizdə gənclər siyasətinin əsasının Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulduğunu, Ulu Öndərin gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirdiyini, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verirdiyini, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirdiyini bildirdi. 1996-cı ildə müstəqil Azərbaycan gənclərinin ilk ümumrespublika forumunun keçirilməsi, 1997-ci ildə 2 fevralın Azərbaycan gəncləri günü elan edilməsi, "Dövlət gənclər siyasəti haqqında" fərman və geniş fəaliyyət proqramının təsdiq edilməsi Ulu Öndər Heydər Əliyevin gənclərə böyük qayğısı idi. Bu, gənclərin respublikanın ictimai-siyasi həyatında daha fəal iştirakına şərait yaradır, habelə dövlət orqanlarının diqqətini gəncliyin problemlərinin həllinə yönəldirdi.Ulu Öndərin gəncliyə və gənclərə etimadı indi öz təsdiqini tapmaqdadır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan böyük diqqətin nəticəsidir. Qeyd edildi ki, Sentyabrın 27-dən başlayan, 44 gün davam İkinci Qarabağ döyüşlərində, Vətən Müharibəsində gənclərimiz qəhrəmanlıq göstərərək torpaqlarımızı düşmən tapdağından azad edərək tariximizin ən parlaq səhifəsini yazmış, xalqımızın iftixar və qürur mənbəyinə çevrilmişdirlər. Gənclərimiz qüdrətli sərkərdə və müzəffər Ali Baş komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdilər.
Tədbirdə cıxış edən YAP Kürdəmir rayon təşkilatı Gənclər birliyinin sədri Rauf Abuşov və Kürdəmir rayon Pirli kənd tam orta məktəbin müəllimi Aysel Kərimova öz çıxışlarında bildirdilər ki, Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir. Bu gün böyük iftixarla demək olar ki, müasir Azərbaycan gəncliyi milli mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadır. O, öz həyatını qurarkən, ilk növbədə müstəqil Azərbaycanın bu günü və gələcəyi haqqında düşünür, əməli fəaliyyətində yüksək vətəndaşlıq hisslərinə malik olduğunu nümayiş etdirir. Bu gün ölkəmiz öz tarixinin şərəfli və mürəkkəb bir dövrünü yaşayır. Azərbaycanın dövlət müstəqilliyinin və suverenliyinin qorunub möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin edilməsi istiqamətində göstərdiyi ardıcıl səylər, ölkə iqtisadiyyatının sürətlə inkişaf etdirilməsi, əhalinin sosial problemlərinin həlli Azərbaycanın dünya birliyində öz layiqli yerini tutmasına etibarlı zəmin yaratmışdır. Dövlətimizin başçısı “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”, - sözləri Azərbaycan dövlətinin gənclərə etimadının, gənclərin isə Prezidentə məhəbbətinin və dəstəyinin bariz nümunəsidir.Bu gün Azərbaycanın gəncliyi ölkəmizin sabahını yalnız Prezident İlham Əliyevlə bağlayır, öz həyat və yaradıcılığını xalqına, Vətəninə və dövlətinə həsr etməyə hazır olduğunu əməli fəaliyyəti ilə sübut etməyə çalışır.
Tədbirdə 02 Fevral Gənclər gününün qeyd olunması münasibəti ilə Vətən müharibəsində iştirak etmiş bir qrup gənclərə və rayonun fəal gənclərinə Kürdəmir rayon Gənclər və İdman İdarəsinin fəxri fərmanları təqdim olunmuşdur.