Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə Polis işçilərinin peşə bayramı qeyd olundu

03 iyul 2013 | 15:00

Kürdəmir rayonunda 2013-cü il 02 iyul tarixdə Azərbaycan polisinin 95 illik yubileyi münasibətilə geniş tədbir keçirildi.

Tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət  etmiş, abidənin önünə tər gül-çiçək dəstələri düzmüş, ona hörmət və ehtiramlarını ifadə etmişlər.
Tədbirin  rəsmi  hissəsi  Kürdəmir rayon  İcra  Hakimiyyətinin Başçısı İrşad Əliyevin   iştirakı ilə açılışı olmuş, hər cür müasir avadanlıqlarla təchiz edilmiş yeni inzibati binanın 100 nəfərlik akt zalında davam etdirildi.

Kürdəmir rayon  Polis Şöbəsinin rəisi, polis  polkovniki Oktay Məmmədov “Azərbaycan polisinin yaranmasının 95-ci ildönümü haqqında“  məruzə  edərək Azərbaycan  polisinin, o cümlədən  Kürdəmir  rayon Polis Şöbəsinin və şöbənin əməkdaşlarının  keçdiyi  şərəfli yoldan danışdı.  O, qeyd etdi ki,  son vaxtlar ölkəmizdə, o cümlədən  Kürdəmirdə  də  cinayətkarlığa  qarşı mübarizə işi gücləndirilib.  Rayon   Polis  Şöbəsi   üçün   yeni   inzibati    binanın  istifadəyə   verilməsi    dövlətimizin   başçısı  cənab  İlham  Əliyevin  polis  işçilərinə olan diqqət və qayğısının bariz nümunəsi olduğunu bildirdi.

Rayon İcra Hakimiyyətinin başçısı cənab İrşad Əliyev  yığıncaqda çıxış edərək iştirakçıları salamlamış, 02 iyul Polis İşçiləri Günü münasibətilə bütün polis işçilərini təbrik etmişdir. İcra başçısı əmin olduğunu bildirib ki, polis işçiləri onlara yaradılan şəraitdən səmərəli istifadə edərək dövlətimizin və cənab Prezidentimizin onlara göstərdiyi diqqət və qayğıya cavab olaraq qanunların aliliyinin təmin olunması, hüquqazidd əməllərin qarşısının alınması və ictimai asayişin mühafizəsinin təmin olunmasında bundan sonra fəaliyyətlərini daha da təkmilləşdirəcəklər.

Sonda Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən bir qrup polis işçisinə Fəxri Fərman və qiymətli hədiyyələr verildi.

Keçidlər