Şriftin ölçüsü :

Saytın rəngi :

26 İyun –Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü qeyd olundu

26 iyun 2013 | 15:00

Kürdəmir rayonunda 2013-cü il 25 iyun tarixdə rayon ərazisində yerləşən “N” saylı Hərbi Hissədə 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibəti ilə bayram tədbiri keçirilmişdir.
Tədbirdə rayon ağsaqqalları,gəncləri,ziyalıları,rayonun mədəniyyət və incəsənət ustaları iştirak edirdilər.
İlk öncə “N”- saylı Hərbi Hissənin şəxsi heyyətini Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısınin  İctimai-siyasi və humanitar məsələləri üzrə müavini Əbülfət Mikayılov salamlamış və Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı İrşad Əliyevin hərbiçilərə ünvanlanmış təbrik məktubunu oxumuşdur.
Tədbir rayon Mədəniyyət və turizm şöbəsinin nəzdində fəaliyyət göstərən hərbi hamilik koordinasiya şurası üzvlərinin rəngarəng konsert proqramları ilə davam etdirilmişdir.
Tədbirdə rayon incəsənət ustalarından Səaməddin Əsgərov,Zamiq Kərimov,Nəsrulla Məmmədov,Nəsib Mənsimov və başqaları çıxış etmişlər.
Yekunda “N”- saylı Hərbi Hissənin tərbiyəvi işlər üzrə komandir müavini mayor Pənah Abdullayev çıxış edərək rayon rəhbərliyinə və musiqiçilərə,ümumilikdə tədbir iştirakçılarına minnətdarlığını bildirmişdir.

Keçidlər