Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə pambıq əkinləri üçün dondurma şumu çıxarılır

06 yanvar 2021 | 16:00

Kürdəmir rayonunda pambıq əkinləri üçün hazırlıq işləri görülür.Cari ildə “MKT-İK”, “P-AQRO”,"Azərpambıq" MMC-lər “Kürdəmir-pambıq” ASC artıq 49 nəfər fermer və fiziki şəxslə 1400 hektarda pambıq əkini üçün müqavilə bağlayıb və hazırda bu iş davam etdirilir. Rayonun daha çox pambıq əkilən Muradxan, Carlı, Qarasu və bir sıra digər ərazi dairələrində artıq 630 hektarda dondurma şumu çıxarılıb. Sahələrin pambıq əkini üçün seçilməsi, hazırlanması və dondurma şumunun çıxarılması mütəxəssislərin nəzarəti altında aparılır.

Qeyd edək ki, pambıqçılıq rayonda ənənəvi təsərrüfat sahəsidir. Ötən il 1997,5 hektar sahədən 5746,6 ton məhsul istehsal olunub. Hər hektardan məhsuldarlıq inişilkinə nisbətən 5,7 sentner artaraq 28,8 sentnerə çıxıb ki, bu da rayon tarixində ən yüksək göstəricidir.

Keçidlər