Kürdəmirdə “Azərbaycan tarixinə Şərəf, Ləyaqət, Qürur səhifəsi yazan Ali Baş Komandan – İlham Əliyev ” mövzusunda videokonfrans keçirilib
Dekabrın 24-də Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının qərargahında “ Azərbaycan tarixinə Şərəf, Ləyaqət, Qürur səhifəsi yazan Ali Baş Komandan – İlham Əliyev ” mövzusunda videokonfrans formatında tədbir keçirilib.
YAP rayon təşkilatının qərargahında keçirilən videokonfransda YAP Kürdəmir rayon təşkilatının sədri Ağali Kərimli, rayon təşkilatının idarə heyyəti və şura üzvləri, ərazi ilk partiya təşkilat sədrləri,qadınlar şurası və gənclər birliyinin üzvləri, rayon ziyalıları, ağsaqqalları, gənc fəalları iştirak ediblər.
Tədbiri giriş sözü ilə YAP Kürdəmir rayon təşkilatının sədri Ağali Kərimli açıb. O, bildirib ki, 27 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin 30 il davam edən erməni işğalına qarşı başlatdığı, 44 gündən sonra, noyabr ayının 10-da zəfərlə başa çatan Vətən müharibəsi nəinki vətəndaşlarımızın, eləcə də dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların ölkəmizin böyük siyasətinin ümdə tərkib hissəsi olan dövlətçiliyi qorumaq, ərazi bütövlüyünü təmin etmək, milli birliyi möhkəmləndirmək işinə dönməz sadiqliyinin sınağı oldu. Ölkədəki və onun hüdudlarından uzaqlardakı böyük və sarsılmaz gücümüzü real təcrübədə gördük.
Ağali Kərimli bildirib ki, Biz həmişəlik yadda saxlamalıyıq ki, bu qələbəmizlə Azərbaycan tarixində yeni mərhələnin başlanmasının şahidi və xoşbəxt iştirakçısıyıq. Bu yeni tariximizi dərin zəkası və qüvvətli yumruğu ilə yazan, xalqımızın iradəsini savaş və siyasət meydanında gerçəkləşdirən və tarixi yaddaşımıza həkk edən qüdrətli Prezident və Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Vətən müharibəsini qələbəyə çatdıran qalib Azərbaycan Ordusudur.
Dövlətin başçısı milli ruhun daşıyıcısı və ilhamverici qüvvəsi olaraq da bütün vətəndaşların güc və enerjisini qələbəyə yönəltdi. Qələbə də, milli varlığımızı, milli kimlik və mənsubiyyət fəlsəfəmizi, bütövlükdə milli ruhumuzu yeni-yeni keyfiyyətlərlə doldurur, onu yaşadır, əbədi edir. Aydın dərk edilmiş və mübarizədə bərkimiş vətənpərvərlik isə insanı hər zaman qəhrəmanlığa, şərəfli ömür sürməyə və əməli ilə vətəni, dövləti şərəfləndirməyə sövq edir.
Bu qələbə Heydər Əliyev siyasətini dönmədən həyata keçirən, ölkəmizin bütün etnoslarını vahid Azərbaycan milləti kimi Vətən müharibəsinə hazırlayan, “Mən hər bir azərbaycanlının prezidentiyəm”, “Azərbaycan dünyanın bütün azərbaycanlılarının vətənidir” - deyən Prezident İlham Əliyevin birləşdiricilik, quruculuq, xilaskarlıq missiyasının təntənəsidir.
Çıxışçılardan YAP Kürdəmir rayon təşkilatının idarə heyyətinin üzvi, Heydər Əliyev Mərkəzinin direktoru Dürriyə Seyidova, Kürdəmir rayon təşkilatının qadınlar şurasının üzvi, AMEA – nın Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyat müzeyinin Aran Regional filialının rəhbəri Yaqut Əşrəfova, YAP Kürdəmir rayon təşkilatının Gənclər Birliyinin sədri Rauf Abuşov bildiriblər ki, yeni siyasi şəraitdə 2003-cü ilin oktyabrında Prezident seçilən İlham Əliyevin qarşısında duran vəzifələr sırasında, əlbəttə ki, birinci dərəcəli vəzifə torpaqlarımızı işğaldan azad edərək, Azərbaycan Respublikasının pozulmuş ərazi bütövlüyünü təmin etmək idi. Lakin etiraf edilməlidir ki, siyasi müzakirələrin dalana dirənməsi, Ermənistanın davakar, ekstremist rəhbərlərinin danışıqlar pərdəsi altında həmsədr ölkələr tərəfindən də örtülü şəkildə dəstəklənən işğalı əbədiləşdirmək siyasəti xalqımızın müəyyən təbəqələrində ümidsizlik doğurmuşdu. Natiqər bildirmişlər ki, 27 sentyabr 2020-ci il tarixi həm də müsbət anlamda xalqımızın təfəkküründə, düşüncəsində, əməli fəaliyyətində bir qırılma nöqtəsi oldu. İllər boyu torpaqlarımızın düşməndən geri alacağımıza xalqımızı ruhlandıran, silahlı qüvvələrimizin ən modern silah və texniki vasitələrlə təchizini təmin edən və hərəkət anını böyük strateji ustalıqla müəyyənləşdirən Ali Baş Komandan xalqımızın həyəcanla gözlədiyi Vətən müharibəsini başlatmaqla məğlubiyyətdən qalibiyyətə keçid yolunu açdı.
Onlar əminliklə bildirmişlər ki, 44 gündə ruhumuza hakim olan bu həmrəylik və möhkəm birlik vətənimizin bundan sonra da etibarlı müdafiəsində və qarşıdakı genişmiqyaslı quruculuq işlərində öz bəhrəsini verəcək.