Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə ”Narkomaniya ilə mübarizədə islamın rolu” mövzusunda konfrans keçirildi

25 iyun 2013 | 15:00

2013-cü il 24 iyun tarixdə Kürdəmir şəhər İmamrza məscidinin iclas zalında Kürdəmir rayon İcra Hakimiyyəti  Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi ilə birgə ”Narkomaniya ilə mübarizədə islamın rolu” mövzusunda konfrans keçirilmişdir.
Konfransda Kürdəmir  və Ağsu rayonundan olan dindarlar,dini icma sədrləri və ictimaiətinin digər cümrələrindən olan nümayəndələri iştirak edirdilər.
Tədbiri Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısınin  İctimai-siyasi və humanitar məsələləri üzrə müavini Əbülfət Mikayılov açaraq konfrans iştirakçılarını Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı İrşad Əliyevin adından salamlamış və tədbir iştirakçılarına uğurlar arzulayaraq bildirmişdir ki,narkomaniya bütün dünyada çox böyük faciələr yaradan ümumbəşəri bəladır.Bu bəlanın ölkəmizdə və regionda qarşısının alınması istiqamətində cəmiyyətdə bütün sahələrində fəaliyyət göstərən insanlarının rolu danılmazdır.Odur ki,dindarlarımız öz aiditoriyalarından səmərəli istifadə etməklə narkomaniya və onunla mübarizədə öz sözlərini elmi cəhətdən əsaslandırılmış məntiqli izah etməklə ictimaətə çatırmalıdırlar.
Tədbirdə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbə müdiri Nizami Məmmədov,Kürdəmir İmamrza dini icmasının sədri Axund Füzuli Cəfərov,Ağsu rayon Mərkəzi dini icmasının sədri Nürəddin İslamov,Kürdəmir rayon Polis şöbəsinin əməkdaşı,polis kapitanı Mahmud Mahmudov və digər yoldaşlar mövzu ətrafında çıxış edərək məsələyə öz münasibətlərini bildirmişlər.
Yekunda dindarları və dini icma sədrlərini maraqlandıran suallara cavab verilmişdir.

Keçidlər