Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir pambıqçıları rayon tarixində ən yüksək göstəriciyə nail olublar

21 noyabr 2020 | 16:00

Kürdəmir rayonunun pambıq yığımı davam edir və artıq hər hektardan məhsuldarlıq 27,2 sentnerə çatıb ki, bu da rayon tarixində ən yüksək göstəricidir. Qazanılan məhsuldarlıq təkcə ötənilki göstəricidən 4,1 sentner çoxdur.
Cari ildə 1997,5 hektarda “ağ qızıl” yetişdirilib. İndiyədək tarlalardan 5442 ton məhsul yığılıb. Havaların soyumasına baxmayaraq, hazırda hər gün tarlalara 100 nəfərə yaxın işçi qüvvəsi çıxır, gündə 15-20 ton pambıq yığılır.
Hər yerdə, xüsusilə daha çox pambıq yetişdirilən Kürqırağı ərazilərdə, o cümlədən Şilyan, Qarasu, Muradxan, Sor-Sor və bir sıra digər ərazi dairələrində məhsulun son qozasınadək yığılması üçün ciddi səy göstərilir.
Qeyd edək ki, tədarük edilən “ağ qızıl”ın çoxu - 4323,8 tonu pambıqyığan maşınların qüvvəsi, qalanı isə əl ilə yığılıb.

Keçidlər