Kürdəmirdə Yeni Azərbaycan Partiyasının yaranmasının 28-ci ildönümünə həsr olunmuş videokonfrans keçirilib
Yeni Azərbaycan Partiyasının yaranmasının 28-ci ildönümü münasibətilə noyabrın 20-də YAP Kürdəmir rayon təşkilatının qərargahında videokonfrans formatında tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakmiyyəti Başçısının müavini Vəsilə Əsgərli, YAP rayon təşkilatının idarə heyəti və şura üzvləri, ərazi ilk partiya təşkilat sədrləri, partiya fəalları, Qadınlar Şurasının və Gənclər Birlyinin şura üzvləri , gənclər, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbirdə YAP Kürdəmir rayon təşkilatının Gənclər Birlyinin sədri Rauf Abuşov videokonfrans iştirakçılarını partiyanın yaranmasının 28-ci ildönümü münasibətilə təbrik edərək məruzə ilə çıxış etmişdir. O, Yeni Azərbaycan Partiyasının yarandığı tarixi şəraitdən, keçdiyi şərəfli yoldan, partiyanın yaradıcısı Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasından və partiyamızın cəmiyyətdə aparıcı rolundan danışmışdır. Rauf Abuşov qeyd edib ki, Ulu Öndər Heydər Əliyev 1993-cü ilin iyununda –son dərəcə mürəkkəb, ağır dövrdə xalqın təkidli tələbi ilə ölkəyə rəhbərlik məsuliyyətini üzərinə götürməsəydi, bügünkü müstəqil, qüdrətli, sürətlə inkişaf edən, regionun lider dövlətinə çevrilən Azərbaycandan danışmaq mümkün olmazdı. Olduqca çətin bir şəraitdə yaranmış bu partiyanın çox qısa müddətdə əsl siyasi qüvvə kimi formalaşması, minlərlə əqidəli insanın onun sıralarında birləşməsi bu gün bir daha Ulu Öndər Heydər Əliyev fenomeninin, dühasının qüdrətindən xəbər verir. Müstəqil Azərbaycan Respublikası, möhkəm özülə söykənən dövlətçiliyimiz ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə uğurlu gələcəyə doğru inamla addımlayır. Bu gün cənab İlham Əliyevin rəhbərliyi altında Yeni Azərbaycan Partiyası öz inkişafının ən möhtəşəm tarixini yaşayır və partiyamız cəmiyyətin bütün təbəqələrini əhatə etməklə öz sıralarında 760 mindən çox vətəndaşı birləşdirən, siyasi-ideoloji güc mərkəzidir. Rauf Abuşov qazanılan Qələbə münasibətilə Müzəffər Ali Baş Komandanımıza və Ali Baş Komandanımızən rəhbərliyi ilə bu tarixi qələbə sevincini bizə yaşadan rəşadətli Ordumuza sonsuz təşəkkürünü ifadə etdi.
Tədbirdə Rayon İcra Hakimiyyəti Başçısıınn müavini Vəsilə Əsgərli, Rayon təşkilatının Gənclər Birliyinin sədr müavini, Karrar kənd tam orta məktəbinin direktoru Mais Bayramov, rayon təşkilatının İdarə heyətinin üzvü, Heydər Əliyev Mərkəzinin direktoru Dürriyə Seyidova çıxış etmişlər. Natiqlər vurğulayıblar ki, 1992-ci ilin noyabrın 21-i Azərbaycan tarixində xüsusu əhəmiyyətə malik bir gündür. Bu gün müasir Azərbaycan tarixində öz yeri, öz çəkisi və siyasi gücü olan, ölkəmizin inkişafında müstəsna xidmətləri olan və əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Yeni Azərbaycan Partiyasının təisis olunduğu bir gündür.Həmin dövrü göz önünə gətirdiyimiz zaman 28 illik şərəfli yolun – YAP-ın yaranma tarixinin necə böyük çətinliklərdən, keşməkeşlərdən keçdiyini, sınaqlarla üzləşdiyini görmək mümkündür. Natiqlər bildiriblər ki, Yeni Azərbaycan Partiyasının Azərbaycan dövlətçiliyinin inkişafında xidmətləri danılmazdır və partiyamızın bu istiqamətdə gördüyü böyük işlər hər bir vətəndaşımız tərəfindən yüksək qiymətləndirilir. Azərbaycanın 28 il ərzində keçdiyi yol Yeni Azərbaycan Partiyasının şərəf tarixi, şərəf salnaməsidir. Onlar Ümummilli Lider Heydər Əliyevin və onun ən layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə həyatının bütün sahələrində aparılan ardıcıl və köklü islahatların, yürüdülən daxili və xarici siyasətin xalqımızın rifah halının daha da yaxşılaşmasına, dövlətçiliyimizi daha da möhkəmləndirilməsinə
zəmin yaratdığını diqqətə çatdırıblar.Natiqlər qeyd ediblər ki, bu günlər, hər bir Azərbaycan vətəndaşının həyatında ən xoşbəxt günlər yaşanır. Noyabr ayında ardıcıl bayram təqvimlərinə 8 noyabr Şuşanın azad olunması və 10 noyabr Qələbə günləri də şərəflə əlavə olundu. Milli şüarımıza çevrilmiş “Qarabağ Azərbaycandır!” gerçəyi reallaşdı. Azərbaycan xalqı Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və müzəffər ordumuzun qüdrəti altında iki yüz ilə yaxın bir dövrdə ardıcıl olaraq torpaq itirmək bəlasından xilas olaraq ərazi bütövlüyünü təmin etdi. Bunun təməlində, heç şübhəsiz xalqın öz Liderinə sonsuz inamı, yurd, torpaq sevgisi və Liderin də xalqa arxalanması dayanır. Rəşadətli Ordumuz sonsuz cəsarət və qəhrəmanlıq göstərərək torpaqlarımızı düşməndən təmizlədi. Üçrəngli bayrağımız respublikamızın bütün guşələrində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda da əzəmətlə dalğalanmaqdadır.