Kürdəmir pambıqçıları sahələrdən indiyədək 4400 tondan çox məhsul yığıblar
Kürdəmir rayonunda pambıq yığımı kampaniyası davam edir və indiyədək sahələrdən 4424 ton məhsul toplanıb.
Builki mövsümdə 1997,5 hektar sahədə “ağ qızıl” yetişdirilib. Hazırda məhsul yığımı üçün hər gün sahələrə 800 nəfərdən çox işçi çıxır, habelə 9 pambıqyığan kombaynın gücündən istifadə olunur. Rayonun, demək olar ki, bütün ərazilərində, xüsusilə daha çox pambıq əkilən Qarasu, Şilyan, Muradxan, Qarabucaq və bir sıra digər ərazi vahidlərində “ağ qızıl” toplanışı daha sürətlə davam etdirilir.
Artıq tarlalarda hər hektardan orta hesabla 22,1 sentner məhsul götürülüb. Sahələrdə hələ məhsul boldur. Pambıqçılar ağır zəhmət bahasına yetişdirdikləri məhsulun tez və itkisiz toplanması üçün bütün qüvvələrini səfərbər ediblər.