Şriftin ölçüsü :

Saytın rəngi :

15 İyun - Milli Qurtuluş Günü Kürdəmirdə təntənə ilə qeyd olundu

16 iyun 2013 | 15:00

Kürdəmir rayonunda 2013-cü il 14 iyun tarixdə rayonun Heydər Əliyev Parkında 15 İyun - Milli Qurtuluş Günü böyük təntənə iıə qeyd olundu.
Tədbirdə Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı İrşad Əliyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyətin nümayəndələri,rayon sakinləri və digər qonaqlar iştirak edirdilər.
İlk öncə rayon İcra Hakimiyyətinin Başçısı İrşad Əliyev və tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidənin önünə tər gül-çiçək dəstələri düzmüş, ona hörmət və ehtiramlarını ifadə etmişlər.
Sonra tədbir rayonun “Heydər Əliyev” parkında rayon incəsənət ustalarının ifasında bayram konserti ilə davam etmişdir. Tədbir möhtəşəm atəşfəşanlıqla başa çatmışdır.

Keçidlər