Şriftin ölçüsü :

Saytın rəngi :

“Tarixdə Azərbaycanlıların Soyqrımı-Kürdəmir faciəsinin 95 illiyi”nə dair elmi-praktik konfrans keçirildi

09 iyun 2013 | 15:00

2013-cü il 07 iyun tarixdə Kürdəmir rayonunun “Gənclər Evi”ndə 1918-ci ilin iyun ayında daşnak erməni silahlı dəstələrinin kürdəmirlilərə qarşı törətdikləri qırğına həsr edilmiş “Tarixdə Azərbaycanlıların Soyqrımı-Kürdəmir faciəsinin 95 illiyi”nə dair elmi-praktiki konfrans keçirildi.
Tədbirdə rayon İcra Hakimiyyətinin Başçısının müavini Əbülfət Mikayılov,rayon İcra Hakimiyyəti Başçısı Aparatının İnformasiya təminatı və təhlil sektorunun müdiri Elşən Əzizov,”Kürdəmir Faciəsi və Qafqaz İslam Ordusunun Qurtuluş Savaşları” kitabının müəllifi tarixçi-tədqiqatçı Ağa Zeynallı, rayon orta məktəblərinin tarix müəllimləri,təhsil və mədəniyyət işçiləri,gənclər və ictimaiyyətin nümayəndələri iştirak edirdilər.
Konfransı açıq elan edən rayon İcra Hakimiyyətinin Başçısının müavini Əbülfət Mikayılov bildirdi ki, Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir.  Tarixən Azərbaycan xalqı Soyqırımı hadisələrinə məruz qalmış,lakin bütün bunlar Sovet hakimiyyəti illərində gizlədilmişdir.Ulu öndər 2-ci dəfə hakimiyyətə gəldikdən sonra tarixin qaranlıq məqamlarına aydınlıq gətirmək imkan yaranmışdır. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanlıların soyqırımı haqqında" 1998-ci il 26 mart tarixli fərmanı bu işi daha da sürətləndirmişdir.31 mart Dünya Azərbaycanlılarının Soyqırımı günü kimi qeyd olunmağa başlamışdır. Azərbaycan tarixçiləri 31 mart 1918-ci il Bakı,  Şamaxı, Quba,  və digər bölgələrlə yanaşı Səlyan, Lənkəran, eləcədə Kürdəmir soyqırımlarının araşdırılmasına başlamış və bu qırgınlar barədə bir sıra məqalələr və əsərlər yazmışlar.Rayonumuzun  tarixçi-tədqiqatçısı Ağa Zeynallının ,”Kürdəmir Faciəsi və Qafqaz İslam Ordusunun Qurtuluş Savaşları” kitabında 1918-ci ilin iyun-iyul tarixlərində Kürdəmirdə törədilmiş soyqırım hadisələri öz əksini tapmışdır.
Son illərdə Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı İrşad Əliyevin şəxsi təşəbbüsü və rəhbərliyi ilə tariximizin gənc nəsilə öyrədilməsi üçün böyük işlər görülmüşdür.Belə ki, rayonun Heydər parkı ərazisində açıq səma altında 4 ha ərazini əhatə edən Dövlətçilik Tarixi Muzeyi Azərbaycan dövlətinin 5 min illik tarixini mərhələlər üzrə özündə əks etdirir.Muzeydə Azərbaycan tarixində mövcud olmuş dövlətlərin qranit daşlar üzərində monimet lövhələri qoyulmuş,onların hakimiyyət dövrü həmin lövhələrdə əks olunmuşdur.Açıq səma altında tikilən istirahət guşəsi əhalinin asudə vaxtını səmərəli təşkili və maariflənməsi sahəsində əyani təbliğat vasitəsidir.Bundan başqa İrşad Əliyevin tapşırığı ilə “Kürdəmir rayonunun Enisklopedik Toplusu” hazırlanmaqdadır.
Elmi-praktik konfransda Xırdapay kənd tam orta məktəbinin tarix müəllimi İnqilab Rəsulov,Şəhər 6 saylı tam orta məktəbin tarix müəllimi Elnurə Eminbəyli,Şəhər 3 saylı orta məktəbin müəllimləri Xəyalə Veyisova və Əsbət Musayeva öz çıxışlarında Kürdəmir soyqırımı haqqında ətraflı məlumatlar verdilər.
Sonda Kürdəmir Faciəsi və Qafqaz İslam Ordusunun Qurtuluş Savaşları” kitabının müəllifi tarixçi-tədqiqatçı Ağa Zeynallı 1918-ci ilin iyun-iyul aylarında Kürdəmirdə 4017 nəfər soydaşımızın qətlə yetirildiyini, 35 kəndin yerlə-yeksan olunduğunu,56 ev və dükan,127 şəxsi mülk,2 məcid yandırıldığını bildirdi.Natiq öz çıxışında ayrı-ayrı kəndlərdə törədilmiş erməni vəhşilikləri barədə ətraflı məlumat verdi.O,ilk dəfə olaraq faciənin rayonumuzda qeyd edilməsinin böyük əhəmiyyət malik olduğunu bildirməklə yanaşı həm də son illərdə rayon İcra Hakimiyyətinin Başçısı İrşad Əliyevin tariximizə göstərdiyi xüsusi diqqətə görə öz dərin minnətdarlığını bildirdi.

Keçidlər