Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir şəhərinin X.İslamzadə küçəsinə asfalt örtüyü vurulur

06 iyun 2013 | 15:00

Kürdəmir rayonunda həyata keçirilən abadlıq və tikinti quruculuq işləri çərçivəsində rayonun Mərkəzi Rayon Xəstəxanasına gedən X. İslamzadə küçəsində müasir işıq dirəkləri quraşdırılmış, istinad divarları müasir dizayna uyğun ağlay materialı ilə üzlənilmiş, piyada yolları mozaik beton tavalarla düzəldilmişdir. Hal hazırda küçəyə yeni asfalt örtüyü vurulur.
M.Rəsulzadə küçəsində 69-cu məhəllədən keçmək şərti ilə Mərkəzi Rayon Xəstəxanasına kimi olan yola  asfalt örtüyü vurulması üçün qum- çınqıl qarışıgı ilə bərkidilmişdir.Mərkəzi Rayon Xəstəxanasına əhalinin piyada gediş-gəlişini təmin etmək məqsədi ilə şəhərin Nizami küçəsindən Mərkəzi Rayon Xəstəxanasına gedən yol piyadaların hərəkəti üçün müasir səviyyədə tikilmişdir.
Babək küçəsi ilə X.İslamzadə küçələrinin kəsişdiyi ərazidə hərəkət nizamlayıcı dairə tikilir,1300 metr yolun 4 zolaqlı yola rekonstruksiyası üçün bardür düzülür.
Şəhərdə aparılan geniş tikinti-quruculuq və abadlıq işləri yerli sakinlərlə yanaşı, rayona gələn qonaqlara da xoş ovqat bəxş edir.

Keçidlər