Kürdəmir rayonunda “Zərərli vərdişlərə yox deyək!” mövzusunda videokonfrans keçirilib
Sentyabrın 23-də Kürdəmir rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə “Zərərli vərdişlərə yox deyək!” devizi altında videokonfrans keçirilib. Videokonfransda Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəsilə Əsgərli, Kürdəmir rayon Gənclər və İdman İdarəsinin rəisi Süleyman Əhmədov, Kürdəmir RPŞ-nin İctimai Təhlükəsizlik bölməsinin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili xidmətinin inspektoru, polis kapitanı Asif Əhmədov, YAP Kürdəmir rayon təşkilatı Gənclər birliyinin sədri Rauf Abuşov, Kürdəmir rayon Mədəniyyət şöbəsinin və Təhsil şöbəsinin əməkdaşları, Kürdəmir rayon Asan Xidmət konüllüləri, Kürdəmir rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin könüllüləri və rayonun fəal gəncləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Kürdəmir rayon Gənclər və İdman İdarəsinin rəisi Süleyman Əhmədov bildirib ki, zərərli maddələrin istifadəsi erkən yaşlardan başlayır. Gənclər sanki böyüdüklərini göstərmək üçün siqaretə, alkoqollu içkilərə və narkotik vasitələrə meyl edirlər. Bu tədbirləri keçirməkdə məqsədimiz gəncləri bu növ zərərli vərdişlərdən uzaq tutmaq və onları düzgün istiqamətdə tərbiyə etməkdən ibarətdir.
Tədbirdə cıxış edən Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəsilə Əsgərli, Kürdəmir RPŞ-nin İctimai Təhlükəsizlik bölməsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili xidmətinin inspektoru, polis kapitanı Asif Əhmədov, YAP Kürdəmir rayon təşkilatı Gənclər birliyinin sədri Rauf Abuşov, Kürdəmir rayon Gənc mədəniyyət işçilərinin kordinatoru Xəyyam Məlikov və Kürdəmir rayon Gənclər və İdman İdarəsinin rəis müavini Qalib Baxşiyev mövzu ilə bağli çıxış edərək bildirdilər ki, zərərli vərdişlərə qarşı mübarizə hər bir vətəndaşın qarşısında duran ən böyük sosial və tibbi problemdir. Əmək qabiliyyətinin itirilməsinə, ailənin dağılmasına, insanın mənəvi tələbatının və iradi keyfiyyətlərinin itməsinə gətirib çıxara bilər. Narkotik vasitələrə düçar olmuş adamlar tədricən insanlıq simasını tamamilə itirirlər. Gənclərin zərərli vərdişlərə meyl etmələri onların orqanizminə və sağlamlığına çox böyük mənfi təsir göstərir. Gənclərin və yeniyetmələrin bu növ zərərli vərdişlərə yiyələnməmələri üçün valideynlər və aidiyyəti təşkilatlarla birlikdə mübarizə aparmalıdır. Gənclərin və yeniyetmələrin asudə vaxtlarını səmərəli etmək və onların bu kimi pis vərdişlərdən uzaqlaşdırmaq üçün idmana və digər faydalı məşğuliyyətlərə istiqamətləndirilmələrinin vacibliyi qeyd olunmuşdur.