Şriftin ölçüsü :

Saytın rəngi :

“1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə təntənəli bayram şənliyi keçirildi

02 iyun 2013 | 15:00

2013-cü il 01 iyun tarixdə Kürdəmir rayonunun “Gənc Heydərçilər” parkında “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə ümumrayon tədbiri keçirildi.
Tədbirdə  rayon İcra Hakimiyyətin Başçısının müavini Əbülfət Mikayılov, YAP Kürdəmir  rayon təşkilatının sədri Ağali Kərimli,təhsil və mədəniyyət işçiləri ,rayonun ümumtəhsil məktəblərinin şagirdləri və uşaq baxçalarının körpə fidanları ıştirak edirdilər.
İlk öncə tədbir iştirakçıları məktəblilərin və baxça uşaqlarının əl işlərindən ibarət hazırlanmış sərgiyə baxış keçirdilər.
Sonra uşaqlar Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “İstedad” baxış müsabiqəsinin iştirakçılarından ibarət konsert proqramları ilə çıxış etdilər.
Yekunda  çıxış edən rayon İcra Hakimiyyətin Başçısının müavini Əbülfət Mikayılov rayon İcra Hakimiyyətinin Başçısı İrşad Əliyevin adından “1 iyun  Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə uşaqları təbrik edərək Respublika və rayon tədbirlərində fərqlənən uşaqlara diplom və fəxri fərmanlar təqdim etdi.
Tədbir  uşaqların ifalarında mahnı və rəqslərlə davam etdirildi.

Keçidlər