Şriftin ölçüsü :

Saytın rəngi :

“Son Zəng” tədbirləri Kürdəmir rayon məktəblərində xüsusi təntənə ilə keçirildi

01 iyun 2013 | 15:00

2013-cü il 31 may tarixdə saat 10-00-da Respublikanın bütün ümumtəhsil müəssisələrində olduğu kim Kürdəmir rayonunda da orta ümumtəhsil müəssisələrində “Son Zəng” tədbirləri keçirilmişdir.
Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı İrşad Əliyev şəhər 6 saylı tam orta məktəbində keçirilən “Son Zəng” tədbirində iştirak etmişdir.
Son zəng mərasimində çıxış edən 6 saylı tam orta məktəbin direktoru Lazım Əhədov məktəb kollektivinin təhsildə qazandığı uğurlardan söz açmış, ötən il ölkə başçısının məktəblilər qarşısındakı çıxışı zamanı şagirdlərə və pedaqoji kollektivə verdiyi tövsiyələri yada salmış, yaradılan şəraitə görə Respublika Prezidenti cənab İlham Əliyevə öz minnətdarlığını bildirmişdir.
Tədbirdə iştirak edən rayon İcra Hakimiyyətinin başçısı İrşad Əliyev çıxış edərək , müstəqil həyatın astanasında duran məzunları bu əlamətdar bayram günü münasibətilə təbrik etmiş, ölkəmiz və xalqımız üçün layiqli vətəndaş olmalarını arzulamış, ölkə rəhbərliyi tərəfindən Respublikamızda təhsil sahəsində aparılan işlər və bu qəbildən Kürdəmir rayonunda həyata keçirilən layihələr barədə ətraflı məlumat vermiş, məktəbin pedaqoji kollektivinə gələcək işlərində uğurlar arzulamışdır.
Daha sonra məktəbin müəllimləri,valideynlər və qonaqlar çıxış edərək 11-ciləri təbrik etdilər və onlara müstəqil həyatda uğurlar arzuladılar.
Tədbirdə məktəbin 1-ci və 11-ci sinif şagirdlərinin hazırladıqları şeir, mahnı və rəqslərdən ibarət konsert proqramları təqdim olundu. Məktəb həyatına əlvida deyən məzunlar son zəngin sədaları altında məktəbin simvolik açarını 10-culara verdilər,builki birincilərə hədiyyələr təqdim etdilər.

 

Keçidlər