Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə 28 May Respublika Günü təntənə ilə qeyd olundu

28 may 2013 | 15:00

2013-cü il 27 may tarixdə Kürdəmir rayonunun Heydər Əliyev Parkında 28 May Respublika günü böyük təntənə ilə qeyd olundu.
Tədbirdə Kürdəmir rayon İcra  Hakimiyyətinin Başçısı  İrşad Əliyev ,ağsaqqallar və ziyalılar,təhsil işçiləri və məktəblilər,rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Tədbir parkın ərazisində açıq havada 5-min illik Azərbaycanın Dövlətçilik tarixini özündə əks etdirən ərazidə təşkil edilərək keçirildi.Məktəblilər tədbir iştirakçılarına ayrı-ayrılıqda Azərbaycanın dövlətçilik tarixi barədə ətraflı məlumat verdilər. Onların ifasında hazırlanmış kompazisiyalar dinlənildi.
Yekunda müasir Azərbaycan Dövlətçiliyini özündə əks etdirən yüksək milli memarlıq üslubunda hazırlanmış Dövlətçilik abidəsinin təqdimatı keçirilmiş və rayon İcra  Hakimiyyətinin Başçısı  İrşad Əliyev  çıxış edərək, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın həyatına böyük və tarixi hadisə kimi daxil olduğunu bildirdi. Müstəqil, azad, demokratik Respublika qurulmasını qarşısına məqsəd qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqımızın milli mənlik şüurunu özünə qaytarmış, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirmişdir. Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti XX əsrin sonunda yenidən istiqlaliyyətin¬ə qovuşan müstəqil Azərbaycanın şərəfli tarixində böyük mərhələnin başlanğıcını qoymuşdur.
1991-ci ildə yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacarmışdır.Müstəqilliyin ilk illərinin böhran, xaos, iqtisadi geriləmə şəraitində keçdiyini ,məhz belə ağır vaxtlarda xalqımızın ümummilli Lideri Heydər Əliyevin ətrafında birləşdiyini bildirdi. Ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin¬ qorunması üçün qətiyyətli tədbirlər görmüş, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etmişdir. Ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti sürətli inkişaf yoluna qədəm qoymuşdur. Respublikamızda dövlətçilik ənənələrinin bərpa edilib inkişaf etdirilməsi, müstəqilliyimizin möhkəmləndirilməsi, ölkəmizin dinamik, sosial-iqtisadi tərəqqi yolu ilə qətiyyət və inamla irəliləməsi, beynəlxalq aləmdə nifuzunun günbəgün artması məhz Heydər Əliyevin qətiyyətli əməyi sayəsində mümkün olmuşdur. Ulu Öndərin yolunu uğurla davam etdirən Möhtərəm Prezidentimiz Cənab İlham Əliyev dünyada XXI esrin meydana çıxardıgı siyasi liderlərin və dovlət başçılarının ən görkəmlisi olduğunu söylədi.

Tədbir rayon incəsənət ustalarının ifasında konsert proqramı ilə davam etdirildi.
 

Keçidlər