Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı İrşad Əliyevin rayonun Xırdapay kəndində əhali ilə səyyar qəbulu-görüşü keçirildi

24 may 2013 | 15:00

2013-cü il 23 may tarixdə Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı İrşad Əliyevin rayonun Xırdapay kəndində əhali ilə səyyar qəbulu-görüşü keçirildi. Rayonunun Xırdapay kənd inzibati ərazi dairəsinə daxil olan Xırdapay və Qağacılı kəndlərinin sakinləri ilə görüşdə rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak etdilər
Xırdapay kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Malik Abbasov əraziyə daxil olan kəndlərin əhalisi, onların məşğuliyyəti və sosial –iqtisadi inkişafla bağlı görülən işlər  barədə məlumat verdi, kənddə mövcud olan sosial obyektlərin vəziyyəti haqqında danışdı, bir sıra sosial yönümlü problemləri diqqətə çatdırdı.
Xırdapay bələdiyyəsinin sədri Arif Şirinov Xırdapay və Qağacılı kəndlərində görülən işləri barədə məlumat verdi.
Kənd sakinlərindən Ağaməhəmməd Hacıyev , İnqilab Rəsulov, Zemfira Seyfiyeva,Əvəz İsmayılov və başqaları çıxışlarında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə və rayonumuzda həyata keçirilən genişmiqyaslı tikinti, yenidənqurma, abadlıq-quruculuq işlərini bəyəndiklərini,əhalinin sosial rifahının xeyli yaxşılaşdığını bildirdilər.
Kənd  sakinlərinin  enerji və su təchizatı, sosial  müdafiə, təhsil, mədəniyyət, səhiyyə, məşğulluq məsələləri ilə əlaqədar  təklifləri və şikayətləri oldu.  Hər biri  barədə aidiyyatı  təşkilatların  rəhbərinə  tapşırıq  verildi.   Qaldırılmış   məsələlərin çoxu elə qəbul zamanı öz həllini tapdı.
Görüşü yekunlaşdıran İcra başçısı İrşad Əliyev bildirdi ki, Azərbaycan Respublikasının  Prezidenti cənab  İlham  Əliyev  ölkəmizi Ulu  Öndər Heydər  Əliyevin müəyyən etdiyi strarteji  inkişaf kursu ilə müasir, zəngin və  qüdrətli dövlətlər  sırasına çıxarmaq  istiqamətində məqsədyönlü siyasət həyata  keçirir. Son illərdə ölkəmizdə  3 minədək yeni məktəb, minlərlə səhiyyə, mədəniyyət və sosial obyektlər, 50-yə yaxın olimpiya idman kompleksi tikilib əhalinin istifadəsinə verilmişdir. Azərbaycan   Respublikasının  Prezidenti cənab İlham  Əliyevin  regionların  inkişaf və tərəqqisinə  göstərdiyi böyük  diqqət və qayğı  sayəsində respublikamızın  digər   rayonlarında olduğu  kimi rayonumuzda da  tikinti-abadlıq, yenidənqurma, əhaliyə göstərilən  xidmətlərin yaxşılaşdırılması sahəsində xeyli iş görülmüş, Mərkəzi Rayon Xəstəxanası yenidən rekonstruksiya edilməsi başa çatdırılaraq istifadəyə verilmişdir. Şəhərin mərkəzində və dörd yol ərazisində Azərbaycan bayrağı qaldırılmış, 4 cəhətli saat qülləsi tikilmişdir. Rayonun Xırdapay, Qarasaqqal, Sor-Sor kənd tam orta, Qaramahmudlu kənd ümumi orta və Xəlsə kənd ibtidai məktəblərinin yeni binaları istifadəyə verilmişdir.Cari ildə daha 6 məktəb binasının tikilib istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
Hazırda rayonda əhalinin içməli su ilə təminatının  daha da yaxşılaşdırılması və eyni zamanda şəhərin kanalizasiya şəbəkəsinin yenidən qurulması sahəsində işlər uğurla davam etdirilir. Rayonumuzda əhalinin təbii qazla təmin edilməsi üçün qazlaşma prossesi davam etdirilir. Bu prosseslər rayonumuzun qəsəbə və kəndlərində də ardıcıl olaraq həyata keçiriləcəkdir.
İcra başçısı sonra Kürdəmirdə aparılan genişmiqyaslı tikinti, abadlıq və quruculuq işlərindən danışdı, cari ildə də yol, su-kanalizasiya infrastrukturunun, rayonumuzun qəsəbə və kəndlərimizdə təbii qaz çəkilişinin sürətləndiriləcəyini vurğuladı, yeni iş yerlərinin açılması istiqamətində mühüm tədbirlərin görüləcəyini bildirdi.
Rayon İcra Hakimiyyətinin Başçısı İrşad Əliyev yekunda rayonun Xırdapay kəndində qaldırılan məsələlərin operativ həll edilməsi ilə əlaqədar aidiyyatı üzrə xidmət təşkilat rəhbərlərinə müvafiq tapşırıqlarını verdi.

Keçidlər