Prezident İlham Əliyevin rəsmi “Facebook” səhifəsində Polis Günü münasibətilə paylaşım edilib
02 iyul 2020 | 16:00
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi “Facebook” səhifəsində 2 iyul - Polis Günü münasibətilə paylaşım edilib.
AZƏRTAC xəbər verir ki, paylaşımda deyilir: “Qanunun keşiyində duran, ictimai asayişi qoruyan, daim Azərbaycan vətəndaşının yanında olan polis öz vəzifə borcunu ləyaqətlə yerinə yetirir”.