Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Kürdəmir rayon təşkilatının IX konfransı keçirildi

22 may 2013 | 15:00

2013-cü il 21 may tarixdə YAP Kürdəmir  rayon təşkilatının IX konfransı keçirildi.Konfrans nümayəndələri ilk  öncə Azərbaycan xalqının dahi oğlu , partiyanın qurucusu və yaradıcısı Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidənin önünə tər gül-çiçək dəstələri düzmüş, ona hörmət və ehtiramlarını ifadə etmişlər.
      Konfrans rayon Mədəniyyət Evində dövlət himninin səsləndirilməsi ilə öz işinə başlamışdır.
       Konfransın işində Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, Ekologoya və Təbii Sərvətlər Nazirinin müavini Firdovsi Əliyev, Milli Məclisin deputatı Ərəstun Cavadov və YAP Mərkəzi Aparatının məsul işçisi Həsən Daşdəmirov iştirak etmişlər.Konfransa rayonun ictimai təşkilatlarının nümayəndələri qonaq qismində dəvət olunmuşlar.
       Konfransda YAP Kürdəmir  rayon təşkilatının sədri Ağali Kərimli VIII konfransdan ötən dövr ərzində  görülmüş işlər haqqında məruzə etmişdir.Natiq bildirmişdir ki,  bugünkü konfrans əlamətdar bir vaxtda keçirilir.Bu günlər Azərbaycan xalqının Ümummilli Lideri, dünya miqyaslı siyasətçi, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin 90 illik yubileyi xalqımız tərəfindən böyük sevgi və təntənə ilə qeyd edilmişdir. Hazırda Ulu Öndərin siyasi hakimiyyətə qayıdışının  20-ci ildönümü ərəfəsindəyik.Ağali Kərimli qeyd etmişdir ki, adı əbədiyaşar liderimiz Heydər Əliyevin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyası 20 ildən artıqdır ki,  öz üzərinə düşən tarixi missiyanı şərəflə davam etdirir.Partiyamız müstəqil Azərbaycan Respublikasında ən mütərəqqi, ən monolit partiya olmaqla, milyonların sevimlisinə çevrilmişdir.Fəxr edirik ki, möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partyiyasının Sədri cənab İlham Əliyev bütün sahələrdə olduğu kimi, partiya quruculuğu sahəsində də Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi siyasəti uğurla davam etdirir.Bu gün cənab İlham Əliyevin rəhbərliyi altında sıralarında 600 mindən çox vətəndaşı birləşdirən Yeni Azərbaycan Partiyası öz inkişafının ən möhtəşəm tarixini yaşayır. Natiq vurğulamışdır ki, rayon təşkilatının fəaliyyəti əsasən partiyanın sosial bazasının möhkəmləndirilməsindən, ideya-siyasi təbliğat işinin gücləndirilməsindən, partiyanın məram və məqsədlərinin əhali arasında daha geniş yayılmasına nail olmaqdan, partiya mütəşəkkilliyinin artırılmasından, işin forma və metodlarının daim təkmilləşdirilməsindən ibarət olmuşdur.
        Hazırda  YAP Kurdəmir  rayon təşkilatı öz ətrafında 117 ərazi ilk patiya təşkilatını birləşdirir.7351 nəfər üzvü olan təşkilatın 3263 nəfərini  gənclər, 2646 nəfərini  qadınlar təşkil edir.    Ötən konfransdan hazırkı dövrə qədər təşkilatın sıralarına 793 nəfər üzv qəbul edilmişdir ki, onların da 355 nəfəri gənclər, 285 nəfəri qadınlardır.
        Natiq vurğulamışdır ki, cənab  İlham  Əliyev  Ümummilli Lider Heydər  Əliyevin  başladığı taleyüklü planları qətiyyətlə başa çatdıracaqdır.  Bunun  üçün  biz  hamımız  onun ətrafında səfərbər olmalıyıq. Artıq Yeni Azərbaycan Partiyası  sıralarımızda olan 600 mindən çox üzvün  istəyini ifadə edərək 2013-cü il Prezident seçkilərində cənab İlham Əliyevin namizədliyini irəli sürəcəyini bəyan etmişdir. YAP  Kürdəmir rayon təşkilatının bütün üzvləri 2013-cü ildə keçiriləcək Prezident seçkilərində birmənalı olaraq  cənab İlham Əliyevi dəstəkləyəcəkdir.
      Konfransda Milli Məclisin deputatı Ərəstun Cavadov, YAP Siyasi Şurasının üzvü Firdovsi Əliyev və YAP rayon təşilatı idarə heyətinin üzvü, Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı İrşad Əliyev çıxış edərək konfrans iştirakçılarını əlamətdar gün münasibətilə təbrik  etmiş, Yeni Azərbaycan Partiyasının yaranması tarixindən, Azərbaycanın inkişafı və tərəqqisində partiyanın rolundan, ölkəmizdə mövcud  ictimai – siyasi vəziyyət və möhtərəm Prezidentimiz, YAP-ın  Sədri cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən möhtəşəm quruculuq işlərindən bəhs etmiş partiyanın qarşısında duran vəzifələr barədə ətraflı məlumat vermişlər.Onlar əmin olduqlarını bildirmişlər ki, bugünkü konfransda YAP-ın V Qurultayına seçilən nümayəndələr rayon təşkilatını layiqincə təmsil edəcəklər.
      Konfransda Kürdəmir rayon təçkilatından Yeni Azərbaycan Partiyasının V Qurultayına 8 nəfər  nümayəndə  seçilmişdir.

Keçidlər