Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirlilər yüksәk mәsuliyyәt nümayiş etdirirlər

15 iyun 2020 | 16:00

Artıq dünəndən Kürdəmir rayonunda sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiqinә başlanılıb və qüvvәyә minmiş qaydalara görә, rayonun bütün yaşayış mәntәqәlәrindә insanların evlәri tәrk etmәlәri qadağandır. Әhali, hәmçinin polis vә tibb işçilәri Nazirlәr Kabineti yanında Operativ Qәrargahın 9 iyun 2020-ci il tarixli, 196 nömrəli qәrarına әmәl edәrәk yüksәk mәsuliyyәt nümayiş etdirirlər.

Sәrtlәşdirilmiş xüsusi karantin rejimi yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədi daşıyır. İyunun 16-sı saat 06:00-dək davam edәcәyi nəzərdə tutulur.

Xüsusi karantin rejiminin sərtləşdirilməsi Kürdəmirdən əlavə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri, Abşeron, Salyan, İsmayıllı və Yevlaxda da tətbiq olunur.

Keçidlər