Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə sərt karantin rejiminə ciddi riayət olunur

14 iyun 2020 | 16:00

Sərt karantin rejimi tətbiq edilən rayonlardan biri də Kürdəmirdir. Bu baxımdan COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə 2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək rayon ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq edilib.
Qərara əsasən, rayon ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılıb.
Rayon ərazisində qurulan postlar vasitəsi ilə giriş-çıxışa nəzarət edilir.
Qeyd edək ki, Bakı-Qazax avtomagistralının Kürdəmir rayonundan keçən hissəsində avtomobillərin hərəkətində hər hansı məhdudiyyət yoxdur.

Keçidlər