Şriftin ölçüsü :

Saytın rəngi :

"Azərbaycan Bayrağı ordenli” şəhid Tahir İslamovun xatirəsinə həsr olunmuş İdmanın Voleybol növü uzrə yeniyetmələr arasında rayon turnirinin yekun mərhələsi keçirildi

19 may 2013 | 15:00

2013-cü il 17 may tarixdə Kürdəmir rayonunun Dəyirmanlı kənd tam orta məktəbinin idman zalında idmanın Voleybol növü uzrə yeniyetmə oğlanlar arasında rayon birinciliyinə  yekun vuruldu.
Turnirdə final mərhələsinə vəsiqə qazanmış  komandalar qarşılaşdılar.Yarışın yekun nəticəsinə görə yerlər aşağıdakı kimi müəyyən edildi.
I yerə Uşaq Gənclər İdman məktəbi,II yerə şəhər 2 saylı tam orta məktəbi və III yerə Dəyirmanlı kənd tam orta məktəbinin komandaları layiq görüldülər.
Yarış Beynalxalq Voleybol Federasiyasının müəyyən etdiyi qaydalara əsasən keçirilərək, qalib gələn komandalar kubok və  diplomlarla mükafatlandırıldılar.

Keçidlər