Kürdəmir rayonunda kartof yığımı davam edir
10 iyun 2020 | 16:00
Kürdəmir rayonunda kartof yığımı davam edir. Fermerlər və fiziki şəxslər indiyədək sahələrdən 5,4 tondan çox məhsul götürüblər.
Rayon ərazisində 2020-ci ilin məhsulu üçün 895 hektar sahədə yazlıq kartof yetişdirilib. Daha çox əkin aparılan Muradxan, Ərəbqubalı, Axtaçı, Mehdili inzibati ərazi dairələrində torpaq mülkiyyətçiləri bol məhsul götürürlər. Hələlik rayon üzrə hər hektarın məhsuldarlığı 124,9 sentnerdir ki, bu da ötən ilin göstəricisindən 0,8 sentner çoxdur.
Qeyd edək ki, yığılan məhsulun bir qismi yerli və ətraf regionların bazarlarına göndərilir.