Kürdəmirdə pambıq sahələrinə aqrotexniki qulluq olunur
08 iyun 2020 | 16:00
Kürdəmir rayonunda pambıq əkini sahələrində birinci kompleks becərmə tədbirləri davam etdirilir.
Cari ilin məhsulu üçün 1997,5 hektar sahədə səpin aparılıb və normal çıxış alınıb. Hazırda sahələrə kultivasiya çəkilir, suvarma işləri aparılır. Rayonun ən çox pambıq əkilən Kürqırağı ərazilərində, xüsusilə Şilyan, Köhünlü, Muradxan, Mollakənd ərazi vahidində fermerlər və fiziki şəxslər gələrək yüksək məhsul üçün zəruri olan birinci kompleks becərmə tədbirlərini yüksək aqrotexniki tələblər səviyyəsində həyata keçirirlər.