Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir rayon Polis Şöbəsinin yeni inzibati binasının açılış mərasimi keçirildi

18 may 2013 | 15:00

Kürdəmir rayonunda 2013-cü il 17 may tarixdə Kürdəmir rayon İcra Hakimiyyətinin Başçisi İrşad Əliyevin iştirakı ilə rayon Polis Şöbəsinin yeni inzibati binasının açılış mərasimi keçirilmişdir.
Tədbirdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinin rəisi,polis-general mayoru İsmət Əliyev, rayon İcra Hakimiyyəti Başçısı Aparatının aidiyyəti bölmə rəhbərləri,rayon Polis şöbəsinin şəxsi heyyəti və yerli hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak etmişdir.
Kürdəmir   rayon   İcra   Hakimiyyətinin   Başçısı   İrşad   Əliyev  və   polis-general mayoru İsmət Əliyev növbətçi hissəyə,  xidməti  otaqlara,  o cümlədən  xüsusi avadanlıqlar  və  kompyuter  sistemi ilə  təchiz  edilmiş  tədris otağına,  akt  zalına,  Müvəqqəti  saxlama kamerasına baxış keçiriblər.  Görülən  işləri  yüksək  qiymətləndirən və şəxsi heyətin  normal  fəaliyyət  göstərməsi  üçün  lazımi  şəraitin   yaradılmasından  məmnunluğunu  bildirən  rayon rəhbəri polis əməkdaşlarina yeni iş yerlərində uğurlar arzuladı.
          Daha   sonra   rayon   İcra Hakimiyyətinin  Başçısı  polis şöbəsinin yeni inzibati binasının  akt zalında şəxsi  heyətlə  görüşüb.  O, əmin olduğunu bildirib ki, rayon Polis şöbəsinin şəxsi heyyəti ölkə rəhbərliyinin diqqət və qayğısına layiqli xidməti ilə cavab verəcək, rayonda sabitliyin, ictimai asayişin qorunmasında və cinayətkarlığa qarşı qətiyyətli mübarizədə öz töhfəsini verəcəkdir.

Keçidlər