Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə ümumi məhsul buraxılışının həcmi 11,2 faiz artıb

07 may 2020 | 16:00

Kürdəmir rayonunda cari ilin ilk üç ayında ümumi məhsul buraxılışının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,2 faiz artıb.

Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, birinci rübündə 98 milyon 332,2 min manat ümumi məhsul buraxılışı olub. Bunun 36,5 faizi sənayenin, 19,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığın, 8,5 faizi tikinti sahəsinin və sair payına düşür.

Ayrı-ayrı sahələr üzrə artım sənayedə 40,5 faiz, aqrar sektorda 1,7 faiz, habelə informasiya və rabitə sahəsində 10,7 faiz, ticarətdə və nəqliyyat vasitələrinin təmiri sahəsində 1 faiz olub.

 

Keçidlər