Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə bir qrup tənha ahıl insana və aztəminatlı ailəyə ərzaq yardımı göstərilib

30 aprel 2020 | 16:00

Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası (AHİK) koronavirus pandemiyasının yayılma təhlükəsi ilə əlaqədar respublikamızda tətbiq olunan karantin rejimi şəraitində tənha ahıl insanlara, aztəminatlı ailələrə ərzaq yardımı göstərib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aprelin 29-da respublikamızın bütün ərazilərinə, o cümlədən Şirvan bölgəsinə göndərilən ərzaq bağlamaları yüklənmiş avtomobil Kürdəmir rayonuna gəlib. Rayon icra hakimiyyəti tərəfindən tərtib edilən siyahıya əsasən imkansız şəxslərə və ailələrə zəruri ərzaq məhsulları olan 50 bağlama paylanıb.

Keçidlər