Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Qarasu kəndində növbəti səyyar qəbulu-görüşü keçirildi
Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı İrşad Əliyevin mayın 16-da rayonun Qarasu kəndində əhali ilə növbəti səyyar qəbulu-görüşü keçirildi.
Qarasu kənd inzibati ərazi dairəsinə daxil olan kənd sakinləri ilə görüşdə rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak etdilər.
Qarasu inzibati ərazi dairəsinin nümayəndəsi Elmdar Zülfüqarov və kənd bələdiyyəsinin sədri Allahverən Allahverənov kəndin əhalisi, onların məşğuliyyəti və sosial –iqtisadi inkişafla bağlı görülən işlər barədə məlumat verdilər, kənddə mövcud olan sosial obyektlərin vəziyyəti haqqında ətraflı danışdılar.
Kənd sakinlərinin enerji və su təchizatı, sosial müdafiə, təhsil, mədəniyyət, səhiyyə, məşğulluq məsələləri ilə əlaqədar təklifləri və şikayətləri oldu. Hər biri barədə aidiyyatı təşkilatların rəhbərinə tapşırıq verildi. Qaldırılmış məsələlərin çoxu elə qəbul zamanı öz həllini tapdı.
Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı İrşad Əliyev bildirdi ki, Respublikamız günü-gündən inkişaf edir və iqtisadiyyatımız sürətlə dirçəlir. Ölkə rəhbəri cənab İlham Əliyevin aparmış olduğu uğurlu iqtisadi siyasət nəticəsində qeyri-neft sektorumuz artmışdır. Bu göstərici ölkəmizin dinamik inkişafını göstərir.Bu onu göstərir ki, ölkəmiz bundan sonrada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurlu inkişafını daim təmin edəcəkdir.
Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı rayonda aparılan geniş miqyaslı tikinti, abadlıq və quruculuq işlərindən danışdı, su-kanalizasiya infrastrukturunun, rayonumuzun qəsəbə və kəndlərimizdə təbii qaz çəkilişinin sürətləndiriləcəyini vurğuladı, yeni iş yerlərinin açılması istiqamətində mühüm tədbirlərin görüləcəyini bildirdi. . Rayonumuzda inşa olunan yeni təhsil müəssisələrinin, olimpiya idman kompleksinin, stadionların , parkların və digər obyektlərin əhəmiyyətini qeyd edərək göstərilən bu diqqət və qayğıya görə ölkə rəhbərinə kürdəmirlilər adından öz minnətdarlığını bildirdi.
Rayon İcra Hakimiyyətinin Başçısı İrşad Əliyev yekunda rayonun Qarasu kəndində qaldırılan məsələlərin operativ həll edilməsi ilə əlaqədar aidiyyatı üzrə xidmət təşkilat rəhbərlərinə müvafiq tapşırıqlarını verdi.