Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Kürdəmir rayon təşkilatının könüllüləri ƏƏSMN-nin sosial işçiləri ilə birlikdə ahıl və tənha insanlara yardım paylayıblar

15 aprel 2020 | 16:00

Karantin rejimi ilə əlaqədar olaraq ölkə Prezidenti cənab İlham Əliyevin çağırışına əsasən Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının könüllüləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial işçiləri ilə birlikdə ahıl və tənha yaşayan insanlara yardım paylayıblar.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən martın 24-dən aprelin 20-dək ölkədə xüsusi karantin rejimi elan edildiyindən və bu tədbirlər çərçivəsində 65 yaşdan yuxarı şəxslərin evdən çıxması qadağan olunduğundan Yeni Azərbaycan Partiyasının fəalları və könüllüləri bu qəbildən olan tənha yaşayan sakinlərə yardımlar edirlər.

Keçidlər