Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir rayonu ərazisində tibbi-profilaktik vəziyyət ciddi nəzarət altında saxlanılır

10 aprel 2020 | 16:00

Respublikamızın hər yerində olduğu kimi, Kürdəmir rayonunda da koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə profilaktik tədbirlər davam etdirilir. Pandemiya ilə bağlı tibbi-profilaktik vəziyyət ciddi nəzarət altında saxlanılaraq təxirəsalınmaz işlər görülür.
Rayonun bütün yaşayış məntəqələrində virusa yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədi ilə şəhərin yaşayış binalarında, ümumi istifadə olunan ərazilərdə, girişlərdə, pilləkən qəfəslərində və sakinlərin daha çox istifadə etdiyi yerlərdə tibbi-profilaktik, dezinfeksiyaedici tədbirlər həyata keçirilir. Dezinfeksiya işləri qeyri-yaşayış binalarında da aparılır. Virusa qarşı təhlüksizlik tədbirləri rayonun bütün inzibati binalarında,  ticarət və xidmət obyektlərində, şəhərin prospekt və küçələrində, məhəllədaxili yollarda tələb olunan sanitar qaydalara riayət etməklə icra edilir.
Təmizlik və dezinfeksiya işlərinin tələb olunan qaydalara uyğun olaraq aparılmasına Kürdəmir Rayon İcra Hakimiyyəti tərəfindən xüsusi nəzarət həyata keçirilir.

Keçidlər