Şriftin ölçüsü :

Saytın rəngi :

Torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş „Azərbaycan Bayrağı ordenli” Tahir İslamovun xatirəsinə həsr olunmuş İdmanın Voleybol növü uzrə yeniyetmələr arasında rayon birinciliyinə start verildi

16 may 2013 | 15:00

 Kürdəmir rayonunda 2013-cü il 15 may  tarixdə Dəyirmanlı kənd tam orta məktəbinin  idman zalında idmanın Voleybol növü uzrə yeniyetmə oğlanlar arasında rayon birinciliyinə  start verildi.
Torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş „Azərbaycan Bayrağı ordenli” Tahir İslamovun xatirəsi 1 dəqiqəlik sükütla yad olundu və  şəhidin məktəbdəki abidəsini ziyarət edildi . Tədbir iştirakçıları Tahir İslamovun həyatı və döyüş yolu haqqında cixışlar  etdilər.
     Turnirin açılış mərasimində  çıxış edən Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısınin  İctimai-siyasi və humanitar məsələləri üzrə müavini Əbülfət Mikayılov bildirdi ki, rayonumuzda gənclərin milli və vətənpərvər ruhda tərbiyəsinə  böyük önəm verlir.Gənclərimiz milli ruhda tərbiyə olunmalı, milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir.  Hər bir gənc vətənpərvər olmalıdır.
      Tədbirin sonunda Kürdəmir rayon Gənclər və İdman İdarəsinin rəisi Zaur Həsənov bildirdi ki, yarış 2013-cü  il 15-17  may tarixdə Kürdəmir rayonunun Dəyirmanlı kənd tam orta məktəbinin idman zalında keciriləcəkdir. Turnirdə 12 komanda 100  yaxın voleybolçu ilə iştirak edir. Yarış Beynalxalq Voleybol Federasiyasının müəyyən etdiyi qaydalara əsasən keçirilir və yarışda qalib qələn komandalar kubok və  diplomlarla mükafatlandırılacaqlar.

Keçidlər