Şriftin ölçüsü :

Saytın rəngi :

Koronavirus təhlükəsinə qarşı mübarizə tədbirləri davam edir

26 mart 2020 | 16:00

Kürdəmirdə koronavirusun yayılmasının qarşısının alınması məqsədilə tibbi-profilaktik, dezinfeksiyaedici tədbirlər davam etdirilir.

Kürdəmir rayon İcra Hakimiyyətində yaradılan operativ qərargah Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tapşırıqlarına uyğun olaraq infeksiyanın yarada biləcəyi təhlükəyə qarşı təxirəsalınmaz tədbirlər görür. Hazırda çoxmərtəbəli binalarda, parklarda, ticarət obyektlərində, insanların daha çox hərəkətdə olduqları ərazilərdə dezinfeksiya işləri aparılır, sanitariya qaydaları ciddi nəzarət altında saxlanılır. İctimai iaşə obyektlərinin təyin olunan vaxtda fəaliyyətinə ciddi nəzarət olunur.

Rayonda əhali arasında koronavirus infeksiyası, onun yarada biləcəyi təhlükə, bu təhlükədən qorunmaq yolları barədə maarifləndirici tədbirlər keçirilir. Sakinlər arasında bu cür söhbətlər mütəxəssis həkimlər tərəfindən aparılır.

Keçidlər