Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyi Kürdəmirdə təntənə ilə qeyd olundu

12 may 2013 | 15:00

Kürdəmir rayonunda 2013-cü il 10 may tarixdə Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi böyük təntənə ilə qeyd edildi.
Aprel ayının ikinci yarısından başlanan tədbirlər silsiləsi Ulu Öndərin abidəsinin ümumxalq ziyarəti ilə yekunlaşdı.
Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı İrşad Əliyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyətin nümayəndələri, pedaqoji kollektivlər, minlərlə kürdəmirli dünya şöhrətli Azərbaycanlı, böyük dövlət xadimi, Azərbaycan xalqının xilaskar oğlu Heydər Əliyevə tükənməz ehtiramını bildirmək üçün onun möhtəşəm abidəsi önünə gəldilər.
İcra Başçısı İrşad Əliyev Ulu Öndərin abidəsi önünə əklil qoyandan sonra abidənin ümumxalq ziyarəti başlandı.
Sonra tədbir şəhərin mərkəzi meydanında konsert proqramı ilə davam etdi. Konsertdə Azərbaycan Dövlət “Muğam” teatrının kollektivi maraqlı proqramlarla çıxış etdilər. Tədbirdə Respublikanın Əməkdar artistləri Əsgər Əhmədov, Zeynəb Behbudova,Elza Qaybalıyeva,Vəsilə İbrahimova,Ədilə Əflaki və digər ifaçılar rəngarəng konsert proqramları ilə çıxış etdilər.
Tədbir möhtəşəm atəşfəşanlıqla başa çatdı.

Keçidlər