Kürdəmir rayon İcra Hakimiyyətinin işçiləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsünə qoşuldular
25 mart 2020 | 16:00
Kürdəmir rayon İcra Hakimiyyətinin əməkdaşları koronavirus infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə Ölkə Prezident cənab İlham Əliyevin tapşırığı əsasında hökumətin həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirir və bu istiqamətdə öz imkanları daxilində ciddi fəaliyyət göstərməkdədirlər.
Kürdəmir rayon İcra Hakimiyyətinin əməkdaşları Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılmış “Koronavirusla Mübarizəyə Dəstək Fondu”na bir aylıq vəzifə maaşlarını ianə etməklə bu nəcib əmələ qoşularaq öz töhfələrini veriblər.