Kürdəmir rayonunda fəaliyyət göstərən “Kürdəmir-Aqro” MMC Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsünə qoşulublar
24 mart 2020 | 16:00
“Kürdəmir Aqro” MMC cənab Prezident İlham Əliyevin səsləndirdiyi çağırışa qoşularaq ölkədə COVID-19 virusuna qarşı mübarizəyə öz töhfəsini verib.
Şirkət adıçəkilən infeksiyanın Azərbaycan Respublikasında yayılmasının qarşısını almaq üçün həyata keçirilən tədbirlərə maliyyə dəstəyi məqsədilə ölkə başçısının müvafiq fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 15 min manat vəsait köçürüb.
2019-cu ildən fəaliyyət göstərən və hazırda 80-ə yaxın əməkdaşı olan “Kürdəmir Aqro” MMC Kürdəmirdə 5 hektar sahədə pomidor yetişidirilməsi ilə məşğul olur.