Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir rayonunda vətəndaşların qəbulu yalnız elektron müraciət və telefon vasitəsi ilə həyata keçiriləcək

24 mart 2020 | 16:00

Azərbaycan Respublikası Nazirlər Kabinetinin tövsiyə və tapşırıqlarına əsasən, koronavirus infeksiyasına qarşı qabaqlayıcı tədbirlərin həyata keçirilməsi məqsədi ilə Kürdəmir rayon İcra Hakimiyyətində vətəndaşların qəbulu ilə əlaqədar yeni qaydalar müəyyən edilib.
Rayon icra Hakimiyyətinin qəbul otağında vətəndaşların qrup və fərdi surətdə qəbulları, həmçinin səyyar qəbulların keçirilməsi təxirə salınıb.
Buna görə də vətəndaşların qəbulu yalnız elektron müraciət və telefon vasitəsi ilə həyata keçiriləcək.
Bu məqsədlə vətəndaşların müraciətlərinə xüsusi həssaslıqla yanaşılması üçün qaynar xətt yaradılıb. Koronavirus infeksiyasının geniş yayılma sürətini nəzərə alaraq vətəndaşlardan Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən olunmuş tələblər çərçivəsində davranmaları xahiş olunur.
Kürdəmir rayon İcra Hakimiyyətinə müraciətlər üçün:


Qaynar xətt: (020)255-32-43 (iş günləri saat 09:00-dan 18:00-dək)


e-mail: mail@kurdemir-ih.gov.az


Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Aparatı

https://bit.ly/2y4qg7a

Kürdəmir RİHB-nın inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri və bələdiyyələr      

https://bit.ly/2WGkpz4

 

Keçidlər