Kürdəmirdə Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirildi
Kürdəmir rayonunda 2013-cü il 09 may tarixində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş silsilə tədbirlərin davamı olaraq rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan dövlətçiliyi” mövzusunda elmi-praktik konfrans keçirildi.
Tədbirdə Rayon İcra Hakimiyyətinin Başçısı cənab İrşad Əliyev və aparat işçiləri, YAP Kürdəmir rayon təşkilatının idarə heyəti və şura üzvləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, idarə, müəssisə rəhbərləri iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Parkında Ulu Öndərin abidəsi önünə əklillər qoymuş və tər çiçəklər düzmüş, əziz xatirəsini ehtiramla yad etmişlər.
Bunun ardınca tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş parkda təşkil olunmuş Gül Bayramında məktəblilərin, Uşaq Baxçaları-körpələr evlərinin və ayrı-ayrı kollektivlərin təbii güllərdən yaratdıqları kompozisiyalara tamaşa etmişlər.
Sonra konfrans “Gənclər Evi” nin akt zalında öz işinə başlamışdır.
Elmi-praktik konfransı YAP rayon təşkilatının sədri Ağali Kərimli giriş sözü ilə
açmışdır.
Ağali Kərimli bildirmişdir ki, biz bu gün Ümummilli Liderimiz Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan dövlətçiliyi” mövzüsunda elimi-praktik konfransa və “İşıqlı, nurlu sabah...” kitabının təqdimatına toplaşmışıq.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı xalqımızın tarixinə qızıl hərflərlə yazılıb.Bu günlər bu əvəzolunmaz insanın – dahi şəxsiyyətin 90 illik yubileyini Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları qeyd edir. Bir daha ötən dövrlərə nəzər salarkən Heydər Əliyev fenomeninin, böyüklüyünün, Onun Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətlərinin dəyərini daha dərindən dərk etməyə başlayırıq. Ulu Öndərimiz Heydər Əliyev, sözün əsl mənasında, həyatın mənasını xalqa və dövlətə təmənnasız xidmətdə görən, bu amal uğrunda ən çətin maneələrə, problemlərə sinə gərən millət fədaisi idi.
Natiq vurğulamışdır ki, Müasir Azərbaycan dövlətinin memarı və qurucusu , Azərbaycan xalqının son min illik tarixi ərzində yetirdiyi ən böyük tarixi şəxsiyyət Heydər Əliyevin 90 illik yubileyi rayonumuzda silsilə tədbirlərlə geniş qeyd olunur. Rayonumuzun ictimaiyyəti, bütün əhalisi bu tədbirlərdə fəal iştirak etmələri ilə Ulu Öndərə böyük sevgi və ehtiramlarını ifadə edirlər.
Tədbirdə Əməkdar Mədəniyyət Xadimi, şair-dramaturq İftixarın Ulu Öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş “İşıqlı, nurlu sabah...” kitabının təqdimatı keçirilmişdir.
Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı cənab İrşad Əliyevin ideya müəllifi və baş məsləhətçisi olduğu kitab haqqında rayon Mədəniyyət və Turizim Şöbəsinin müdiri Vaqif Alıyev məlumat verərək bildirmişdir ki, bu kitab dövlətçilik tariximizi, onun şanlı səhifəsi olan müstəqillik dövrümüzü, Ulu Öndərin sarsılmaz fəaliyyətini, ölkə Prezidenti cənab İlham Əliyevin sürətli quruculuq işlərini, xalqımızda qələbə əzmi yaratmaq missiyasını yerinə yetirən fikri ehtiva edir. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitabda Azərbaycan dövlətçiliyinin nurlu sabahlarına gedən yolun məhz uğurlu və dəqiq müəyyənləşdirilmiş siyasətlə mümkünlüyü bədiiləşmiş çalarlarla əks olunmuşdur.
Elmi-praktik konfransda “10 may Azərbaycan xalqının yaddaşında ümummilli dəyərə çevrilən gündür” mövzusunda Təhsil Şöbəsinin müdir müavini Əsgər Hüseynov, “Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda rayon Gənclər və İdman İdarəsinin rəisi Zaur Həsənov, “Heydər Əliyev Azərbaycan xalqının tarixi taleyində dahi şəxsiyyətlərdən biridir” mövzusunda Dəyirmanlı kənd tam orta məktəbinin müəllimi
Xəyalə Veyisova, “Hüquqi dövlət ideyasını gerçəkliyə çevirən lider” mövzusunda Rayon Prokurorunun müavini Eynulla Qasımov məruzələrlə çıxış edərək Ümummilli Liderin dövlətimiz və dövlətçiliyimiz, həmçinin xalqımız üçün qurub yaratdığı müasir Azərbaycanın parlaq uğurlarından danışmışlar. Natiqər “İşıqlı, nurlu sabah...” kitabı haqqında fikirlərini bildirmiş, bu əsərin Azərbaycanın keçmişini, onun bu gününü və gələcəyini çox aydın göstərdiyini diqqətə çatdırmışlar.
Tədbirdə “İşıqlı, nurlu sabah...” kitabının müəllifi Əməkdar Mədəniyyət Xadimi, şair-dramaturq İftixar çıxış etmiş, yüksək səviyyədə təqdimata görə minnətdarlığını bildirmişdir.
Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı cənab İrşad Əliyev çıxış edərək, əziz və əlamətdar gün –– dahi şəxsiyyət, Azərbayacan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə konfrans iştirakçılarını, onların simasında bütün rayon sakinlərini təbrik etmiş və tədbirə yekun vurmuşdur.
Sonda tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş “Əbədiyyət yolu” filminə tamaşa etmişlər.