Kürdəmirdə Şahmat üzrə rayon turnirinə yekun vurulub
Fevralın 25-də Kürdəmir rayon Gənclər və İdman idarəsinin , Təhsil şöbəsinin və Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə Xocalı Soyqırımı şəhidlərinin xatirəsinə həsr olunmuş şahmat üzrə rayon turnirinin final mərhələsi keçirilib.
Tədbirdə Xocalı Soyqırımı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Turnirin mükafatlandırma mərasimində iştirak edən Kürdəmir rayon Gənclər və İdman İdarəsinin rəisi Süleyman Əhmədov və UGİŞM-nin direktoru Samir Şükürov oz çıxışlarında bildirdilər ki, 1992- ci ilin 25-dən 26- na keçən gecə Xocalı şəhərində erməni qəsbkarları tərəfindən dinc, günahsız insanlara qarşı irimiqyaslı hərbi təcavüz və ağır cinayət əməlləri törədilmişdir. 28 ildir ki ədaləti bərpa olunmayan bu faciə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində öz müsbət həllini tapacaq və bu faciənin bilavasitə iştirakçıları dünyanın qınaq obyektinə məruz qalacaqlar.
Fevralın 21-dən start götürən yarışda rayonun ümumtəhsil məktədlərinin 80 oğlan və qız şahmatçısı 8-10 ,11-13 və 14-16 yaş qruplarında mübarizə aparıblar, 7 turdan ibarət olan turnirin yekun nəticələrinə görə 8-10 yaş qruplarında oğlanlarda I yerə Həsənli Zeynal II yerə Əlizadə Fərid III yerə isə Umudov Rəşad , qızlarda I yerə Usubzadə Ülkər II yerə Abbaszadə Məleykə III yerə isə Müslümlü Aylin , 11-13 yaş qruplarında oğlanlarda I yerə Müslümlü Ayxan II yerə Mustafayev İlyas III yerə isə Əliyev Yusif, qızlarda I yerə Məmmədova Aydan II yerə Həsənli Aişə III yerə isə Həmidova Ofeliya , 14-16 yaş qruplarında oğlanlarda I yerə Əzizov Amil II yerə Hacıyev Famil III yerə isə Abuşov Nadir, qızlarda I yerə Əzizova Aliyə II yerə Məhərrəmova Güllü III yerə isə Əliyeva Rəqsanə layiq görülüblər.
Turnirdə I-III yerləri qazanan şahmatçılar Kürdəmir rayon Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif olunublar.