Kürdəmirin ümumtəhsil məktəblərində Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar anım mərasimləri keçirilir
Kürdəmir rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə ümumtəhsil məktəblərində Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar anım mərasimləri keçirilir.
Təbliğat çərçivəsində məktəblilərə Xocalı faciəsi barədə ətraflı məlumat verilir. Xüsusi hazırlıq keçən gənclər məktəblərə gedərək faciənin səbəbləri və acı nəticələri barədə onları məlumatlandırırlar. Xocalı soyqırımının XX əsrin ən böyük faciələrindən olduğu diqqətə çatdırılır, 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin 366-cı motoatıcı alayının zirehli texnikasının və hərbi heyətinin köməyi ilə Xocalı şəhərində törədilən vəhşiliklərdən danışılır. Bildirilir ki, Azərbaycan tarixinin qanlı səhifələrindən olan bu soyqırımı nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca vəhşicəsinə qətlə yetirilib, 487 dinc sakini ağır yaralanıb, 1275 nəfər girov götürülüb.
Məktəblilərə gənclər və idman idarəsinin hazırladığı “Xocalı soyqırımı – XX əsrin faciəsi” bukletləri paylanılıb.