Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir rayonunda 9 May-Qələbə günü qeyd edildi

10 may 2013 | 15:00

2013-cü il 09 may tarixində Kürdəmir rayonunun Qələbə parkında Böyük Vətən Müharibəsində alman faşizmi üzərində qələbənin 68-ci ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirildi.
Tədbirdə rayon İcra Hakimiyyətinin Başçısı İrşad Əliyev və Böyük Vətən Müharibəsi iştirakçıları eyni zamanda rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdi.
Tədbir iştirakçıları 1941-45-ci illərdə həlak olmuş soydaşlarımızın xatirəsinə ucaldılmış abidə kompleksinin və Sovet İttifaqı Qəhrəmanı Məmiş Abdullayevin büstü önünə əklil və tər gül dəstələri düzdülər.
Sonra məktəblilərin ifasında Böyük Vətən Müharibəsi iştirakçılarına həsr olunmuş kompazisiya nümayiş etdirildi.
Sonda Böyük Vətən Müharibəsi iştirakçılarına rayon İcra Hakimiyyətinin Başçısı İrşad Əliyev tərəfindən pul mükafatı təqdim edildi və tədbir çay süfrəsi arxasında davam etdi.

Keçidlər