Ötən il Kürdəmirdən on altı ölkəyə 23 min 776 ton məhsul ixrac edilib
Ötən il Kürdəmir rayonundan on altı ölkəyə on bir çeşiddə 23 min 776 ton məhsul ixrac edilib ki, bu da 2018-ci ildəki göstəricidən 5 min 200 ton çoxdur.
Rayonda fəaliyyət göstərən sahibkarlar və şirkətlər tərəfindən Türkiyəyə 315 ton, İrana 50 ton pambıq mahlıcı, İraqa 25 ton buğda unu göndərilib. Bundan başqa, İrana 17 min 470 ton, İsrailə 120 ton, Gürcüstana 407 ton, Hindistana 120 ton, Sinqapura 23 ton, Myanmaya 23 ton, Ukraynaya 31 ton, Polşaya 20,2 ton, Yaponiyaya 0,002 ton biyan kökü ixrac olunub.
Meyvə-tərəvəz ixracında da 2018-ci illə müqayisədə xeyli artım olub. Keçən il Rusiyaya 2767,5 ton nar, 115,5 ton xurma, 345 ton pomidor ixrac edilib. Ukraynaya 1280 ton nar, 129 ton xurma, 20,5 ton kələm, Belarusiyaya 129 ton, Fransaya 16,8 ton, Qətərə 17,7 ton, Polşaya 33,7 ton, BƏƏ-yə 0,55 ton, Gürcüstana 23,6 ton nar, Polşaya 18,7 ton xiyar, Gürcüstana 24 ton qarpız, Türkiyəyə 47,6 ton baş soğan, BƏƏ-yə 0,459 ton xurma ixrac edilib.