Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə kartof əkininə başlanılıb

03 fevral 2020 | 16:00

Kürdəmir, 3 fevral, AZƏRTAC

Kürdəmir rayonunun torpaq mülkiyyətçiləri yazlıq kartof əkininə başlayıblar.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, keçən il 915 hektarda yazlıq kartof əkən və sahələrdən 12 min 542,5 ton məhsul istehsal edən sakinlər bu mövsümdə əkin sahələrini azı 50 hektar artırmaq əzmindədirlər.

Hər yerdə əkinə xüsusi hazırlıqla başlanılıb. Belə ki, şum vaxtında çıxarılıb, yerli şəraitə uyğun kifayət qədər toxum tədarük edilib. Bu günlər bütün ərazilərdə, xüsusilə ən çox kartof əkilən Kürqırağı kəndlərdə - Axtaçı, Mehdili, Qocalı, Köhünlü və bir sıra digər yaşayış məntəqələrində sakinlər ailə təsərrüfatlarında xüsusi əhəmiyyət kəsb edən bu mühüm kampaniyanı vaxtında və keyfiyyətlə başa çatdırmaq üçün ciddi səy göstərirlər. Qısa vaxtda 100 hektardan çox sahədə əkin aparılıb.

Keçidlər