Kürdəmir rayonunda idmanın Yunan-roma güləşi növü uzrə açıq rayon birinciliyi keçirildi
Kürdəmir rayon Olimpiya İdman Kompleksində 2013-cü il 03-04 may tarixlərində Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş İdmanın Yunan-roma güləşi növü uzrə açıq rayon birinciliyi kecirilmişdir. Yarışda Lənkəran , Bakı , Sumqayıt və Kürdəmir rayonunun komandalarının 125 idmançısı iştirak etmişdir.
Tədbirin açılış mərasimində çıxış edən Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısınin İctimai-siyasi və humanitar məsələləri üzrə müavini Əbülfət Mikayilov Ölkə Pezidenti Cənab İlham Əliyevin gənclərə və onların məşğul olduğu peşə sahələrinə ayırdığı diqqət və qayğıdan danışmış, tədbir iştirakcılarına uğurlar arzulamışdır.
İki gün davam edən yarışın yekun nəticələrinə görə qaliblər fəxri fərman və hədiyyələrlə təltif edilmişlər.