Kürdəmir rayonunda Gənclər Günü qeyd edilib
Yanvarın 31-də rayonun Gənclər evində “02 fevral - Gənclər günü” münasibəti ilə Kürdəmir gənclərinin ümumrayon toplantısı keçirilib.
Tədbirə Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısının müavini Vəsilə Əsgərli, rayonun idarə və təşkilatlarının, ümumtəhsil orta məktəblərinin, bədən tərbiyəsi və idman kollektivlərinin fəal gəncləri iştirak ediblər.
Tədbir başlanmazdan öncə toplantı iştirakçıları Ümummilli Liderimiz Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə tər-çiçək dəstələri düzdülər.
Tədbirdə Kürdəmir rayon Gənclər və İdman İdarəsinin hazırladığı gənclərə təməli Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün də Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən Dövlət gənclər siyasəti çərçivəsində rayonda görülmüş işlər haqqında video çarx nümayış olunub.
Tədbirdə çıxış edən Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının müavini Vəsilə Əsgərli rayon gənclərini salamlayaraq onları Gənclər Günü münasibəti ilə təbrik etdi və ölkəmizdə gənclər siyasətinin əsasının Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulduğunu, Ulu Öndərin gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirdiyini, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verirdiyini, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirdiyini bildirdi. 1996-cı ildə müstəqil Azərbaycan gənclərinin ilk ümumrespublika forumunun keçirilməsi, 1997-ci ildə 2 fevralın Azərbaycan gəncləri günü elan edilməsi, "Dövlət gənclər siyasəti haqqında" fərman və geniş fəaliyyət proqramının təsdiq edilməsi Ulu Öndər Heydər Əliyevin gənclərə böyük qayğısı idi. Bu, gənclərin respublikanın ictimai-siyasi həyatında daha fəal iştirakına şərait yaradır, habelə dövlət orqanlarının diqqətini gəncliyin problemlərinin həllinə yönəldirdi.Ulu Öndərin gəncliyə və gənclərə etimadı indi öz təsdiqini tapmaqdadır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan böyük diqqətin nəticəsidir.Gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılması da mühüm yer tutur. Dövlət Başçısının ardıcıl səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Bölgələrdə də olimpiya komplekslərinin açılması, ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, idmançılarımızın olimpiada və dünya çempionatlarında uğurlu çıxışları buna əyani sübutdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 dekabr tarixdə imzaladığı sərəncama əsasən ,gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq,gənclərin potensialından xalqın rifahı və ölkənin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə 2020-ci il Azərbaycanda “Könüllülər ili” elan edilib.
Çıxışının sonunda Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısının müavini Vəsilə Əsgərli ayrı-ayrı sahələrdə fərqlənən gənclərə və idmançılara fəxri fərman və qiymətli hədiyyələr təqdim etdi.
Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra tədbir Kürdəmir Mədəniyyət Mərkəzinin və Uşaq İncəsənət məktəbinin birgə hazırladıqları konsert proqramı ilə davam etdi.