Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə ötən il 945 daimi iş yeri açılıb

22 yanvar 2020 | 16:00

Yola saldığımız 2019-cu ildə Kürdəmir rayonunda 1496 yeni iş yeri açılıb. Açılan yeni iş yerlərinin 945-i daimidir.

Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, daimi iş yerlərinin 70-i yeni açılan müəssisə və təşkilatlarda, 37-si mövcud müəssisə və təşkilatlarda, 838-i isə fiziki şəxslərdə olub.

Qeyd edək ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında Kürdəmir rayonu üçün nəzərdə tutulan layihələrin icrası, iqtisadiyyatın şaxələndirilməsi, sahibkarlara göstərilən dövlət dəstəyi, istehsal və xidmət sahələrinin fəaliyyətə başlaması yeni iş yerlərinin açılması və əhalinin məşğulluğunun artması ilə nəticələnir.

Keçidlər