Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş İdmanın Futbol növü üzrə rayon birinciliyinə yekun vuruldu

08 may 2013 | 15:00

      Kürdəmir rayonunda 2013-cü il 07 may tarixində Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş İdmanın Futbol növü üzrə rayon birinciliyinin  final oyunu keçirildi.
Mərkəzi rayon stadionunda  keçirilmiş oyunda finala vəsiqə qazanmış Atakişili kənd tam orta və şəhər 5 saylı tam orta məktəblərinin komandaları iştirak edirdilər.Gərgin idman mübarizəsi ilə keçən oyun Atakişili kənd tam orta məktəbinin qələbəsilə başa çatdı.
35 komandanın iştirakı ilə keçirilən yarışlarda yekun olaraq nəticələrinə görə yerlər aşağıdakı kimi müəyyən olunmuşdur.I yer Atakişili kənd tam orta məktəbi, II yer- Şəhər 5 saylı tam orta məktəbi, III yer- Mürtülü kənd tam orta məktəbi layiq görüldü.
Yekunda Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Əbülfət Mikayılov qalib komandaları təbrik edərək onlara mükafatlar və fəxri fərmanlar təqdim etdi.

Keçidlər