Kürdəmirdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə tədbir keçirilib
Dekabrın 29-da rayonun “Nicat Plaza” sarayında Kürdəmir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il” bayramı münasibətilə ümumrayon tədbiri keçirilib.
Tədbirdə rayon rəhbərliyi, idarə, müəssisə və təşkilatların rəhbərləri, əmək kollektivlərinin, veteranların, ağsaqqalların, gənclərin, idmançıların, aztəminatlı ailələrin və ictimaiyyətin digər nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının müavini Vəsilə Əsgərli Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun adından tədbir iştirakçılarını təbrik etdi, onlara ən xoş arzularını çatdırdı. O,qeyd etdi ki, Dünya Azərbaycanlılarının həmrəyliyi günü Ümummilli Lider, dünya şöhrətli siyasətçi, dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlı olmaqla, 31 dekabr Azərbaycan xalqının, dünyanın ayrı-ayrı ölkələrində yaşayan 50 milyondan çox azərbaycanlının həmrəylik tarixdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafına yönəldilən səmərəli, ardıcıl və məqsədyönlü tədbirlər görülmüş, yeni iş yerləri yaradılmış, yoxsulluğun aradan qaldırılmasına, kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyinin artırılmasına hərtərəfli qayğı göstərilmişdir. Sonda Vəsilə Əsgərli əldə olunan uğurlara görə ilk növbədə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə bütün kürdəmirlilərin səmimi təşəkkürünü və minnətdarlığını bildirdi.
Tədbirdə rayonun incəsənət ustalarının çıxışları oldu, bir-birindən rənagarəng nəğmələr səsləndirildi. Yeni ilin simvolu Şaxta baba və Qar qız balacalara yeni il hədiyyəsi payladı. Təşkil olunan bayram konserti iştirakçılarda xoş ovqat yaratdı.