Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş İdmanın velosiped növü üzrə rayon birinciliyi keçirildi

07 may 2013 | 15:00

Kürdəmir rayonunda 2013-cü il 05 may  tarixində Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş İdmanın  velosiped  növü  üzrə gənclər arasında rayon birinciliyi keçirildi.
Birincilikdə 8 ümumtəhsil məktəblərinin  komandaları üzrə 65 idmançı iştirak edirdi. Yarışdan öncə Velosipedlər bayraqlarla bayramsayağı bəzədilmişdi.
Yarış iştirakçıları Kürdəmir şəhəri Nizami kinoteatrı - Heydər Əliyev Mərkəzi-Stadion marşrutu ilə nümunəvi velosiped yuruşü  keçirmiş, idmançılar  Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş və abidə önünə cələng və gullər qoymuşlar. Əsas yarış isə “Mərkəzi” stadsionda keçirilmiş  və yarışın nəticələri aşağıdaki kimi müəyyən olunmuşdur. Yarışın yekun nəticələrinə görə I yer –İsmiyev Rustəm (Şəhər 1 saylı tam orta məktəbi ), II yer- Qəhrəmanov Elməddin ( Atakişili kənd tam orta məktəbi), III yer- Məmmədov Həbib(Şəhər 3 saylı tam orta məktəbi ) layiq görüldülər.

Keçidlər