Şriftin ölçüsü :

Saytın rəngi :

"Azərbaycan Könüllülük Həftəsi" çərçivəsində rayon gəncləri ilə görüş keçirildi

05 dekabr 2019 | 16:00

Kürdəmir rayon İcra Hakimiyyəti “Könüllülük fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq öz strukturlarında könüllülük fəaliyyətini genişləndirir. Belə ki, bu gün rayonun “Gənclər evi”ndə , "Azərbaycan Könüllülük Həftəsi" çərçivəsində rayon gəncləri ilə görüş keçirilmişdir.
Tədbiri rayon İcra Hakimiyyətinin İctimai-siyasi və hümanitar məsələlər şöbəsinin baş məsləhətçisi, könüllülərlə iş üzrə koordinator Daşqın Rüstəmov açaraq 5 dekabr tarixinin 1985-ci ildən BMT-nin Baş məclisi tərəfindən Beynəlxalq Könüllülər günü kimi qeyd edildiyini bildirərək Rayon İcra Hakimiyyəti Başçısı Cənab Ceyhun Cəfərovun könüllü gənclərə təbrikini çatdırmışdır.Çıxışına davam etdirərək son zamanlarda ölkəmizdə könüllülük sahəsinin çox inkişaf etdiyini, bunun əyani sübutu olaraq ölkəmizdə bir birinin ardınca keçirilən I Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, həmçinin Formula-1 yarışları zamanı könüllülərin yaxından iştirakından söz açmışdır. Həmçinin könüllülük hərəkatının rayonumuzda da inkişaf etdiyini, gənclərin bu sahəyə maraqla yanaşmasından danışaraq rayon könüllülərinin də rayonun ictimai həyatında baş verən proseslərdə yaxından iştirakından danışmşdır.Eyni zamanda Azərbaycan Respublikası Cənab İlham Əliyevin 9 iyun 2009-cu il , "Könüllü fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunundan danışaraq könüllülük fəaliyyətinin ölkəmizdə qanunla tənzimləndiyini bildirmişdi.
Tədbirin sonunda könüllülük çərçivəsində rayon İcra Hakimiyyəti aparatında könüllük fəaliyyətini başa vurduğuna görə bir qrup gənclərə sertifikatlar təqdim edilmişdir.

Keçidlər