Kürdəmir rayonunda Qaramahmudlu kənd ümumi orta və Xəlsə kənd ibtidai məktəblərinin yeni binası istifadəyə verildi
Kürdəmir rayon İcra Hakimiyyəti Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində 80 şagird yerlik Qaramahmudlu kənd ümumi orta və Xəlsə kənd ibtidai məktəblərinin yeni inşa edilmiş binasını istifadəyə verdi.
2013-cü il 04 may tarixində keçirilən açılış mərasimlərində Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı İrşad Əliyev,Millət vəkili Rəfael Hüseynov,kənd ictimaiyyətinin nümayəndələri,təhsil işçiləri,şagirdlər və digər qonaqlar iştirak edirdilər.
Əllərində Dövlət Bayrağı,Ümummilli lider Heydər Əliyevin,ölkə Prezidenti cənab İlham Əliyevin portretləri və gül-çiçək tutmuş iştirakçılar yeni inşa olunmuş binanın önündə dayanmışdılar.Məktəb şagirdlərindən ibarət xor kollektivinin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.
Qaramahmudlu kənd ümumi orta məktəbinin direktoru Salatın Ağamalıyeva yeni məktəb binasının açılışına həsr olunmuş tədbiri açıq elan etdi. Müəllim kollektivi və şagirdlərin adından tədbir iştirakçılarını salamladı.Yeni məktəb binasının inşa olunmasında əməyi keçən hərkəsə , xüsusi ilə ölkə Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlığını bildirdi.O,qeyd etdi ki,Respublikamızda olduğu kimi rayonumuzunda sosial-iqtisadi inkişafı,infrastruktur cəhətdən yeniləşməsi hamımızın gözləri qarşısında baş verir.Bu gün açılışına yığışdığımız Qaramahmudlu kənd ümumi orta məktəbində 80 şagird yerlik yeni binada müasir tələblərə cavab verən məktəb infrastrukturu yaradılaraq orada 9 sinif otağından başqa avadanlıqlarla təchiz olunmuş fizika,kimya,biologiya vəkompyuter dəsti ilə təhciz olunmuş informatika kabineti,lazımı avadanlıqlarla təchiz olunmuş idman zalı ,bu müasir məktəb binasının istifadə verilməsi müəllim və şagird kollektivi,eləcə də kənd sakinlərinin çoxdan arzuladığı bir hadisədir.
Sonra Qaramahmudlu kənd ümumi orta məktəbin müəllimi Mariya Abdullayeva,valideyn Azər Niftalıyev və VI sinif şagirdi Afaq Niftalıyeva çıxış edərək,ölkə Prezidenti cənab İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı,”Heydər Əliyev Fondu”nun təhsilə verdiyi dəstəyə görə təşəkkür etdilər.
Milli Məcilisin Deputatı Rəfael Hüseynov möhtəşəm məktəb binasının açılışı münasibəti ilə müəllim kollektivini,şagirdləri və kənd sakinlərini təbrik etdi.
Yekunda Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı İrşad Əliyev çıxış edərək bildirdi ki,yeni məktəb binasının açılışına həsr olunmuş bugunki tədbir çox əlamətdar dövrdə,Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində keçirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən daxili və xarici siyasəti ,genişmiqyaslı islahatçı fəaliyyəti ,müstəsna təşkilatçılığı sayəsində əldə edilmiş nailiyyətlər Ümummilli Lider Heydər Əliyevin dövlətçilik ideyalarına sadiqliyin parlaq təcəssümüdür.Ölkə rəhbəri tərəfindən aparılan nəhəng quruculuq işlərində tədris müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsinə,yeni məktəb binalarının tikilərək istifadəyə verilməsinə ,onların ən müasir avadanlıq və kompyuterlərlə təchizinə xüsusi diqqət verilir.Rayon rəhbəri rayonumuzda “Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın uğurla həyata keçirilməsi nəticəsində məktəblərin və digər təlim-tərbiyyə müəssisələrinin siması dəyişmiş,cari dərs ilində 4 yeni məktəb binaları inşa olunaraq müəllim və şagird kollektivlərinin istifadəsinə verilmişdir.
Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı İrşad Əliyev və Millət vəkili Rəfael Hüseynov yeni inşa olunmuş məktəb binasının qapısının önündəki qırmızı lenti tədbir iştirakçılarının alqışları ilə kəsdilər.
Tədbir yeni inşa edilmiş 80 şagird yerlik Xəlsə ibtidai məktəbinin açılış mərasimində davam etdirildi.